thumb|350x350px|Moskvanın panoramasında çoxmərtəbəligöydələnlərin layihəsi
Stalin göydələnləri () — 1947–1957-ci illər arası Moskvada tikilmiş yeddi (plana görə səkkiz) çoxmərtəbəli bina. Bir çox xarici kitablarda bu binalar "yeddi bacı"Ayrat Baqautdinov Легенды инженерии // Популярная механика. — 2017. — № 3. — С. 74–79. adlanır. Binalar məhbusların və mülki inşaatçıların qüvvələri vasitəsilə tikilib.Васькин А. А., Назаренко Ю. И. Архитектура сталинских высоток Москвы: фотоальбом-путеводитель . — М.: Спутник, 2006. — С. 30–32.Васькин А. А., Назаренко Ю. И. Сталинские небоскребы: от Дворца Советов к высотным зданиям. — М.: Спутник, 2009. — С. 83–85.Дерябин Ю. С. Легко ли быть послом?: записки о жизни и карьере дипломата. — М.: Весь Мир, 2010. — С. 36.
İdeyanın əsası 1922-ci ildə Sovetlərin Birinci Ümumittifaq Qurultayında Moskvada tikilməsi ideyası yarandı və bu ideya ömrünün sonuna qədər Stalini rahat buraxmadı. 1931-ci ildə Sovetlər Sarayının layihəsi üçün Ümumittifaq müsabiqəsi təşkil edildi, burada məşhur memarlar iştirak etdilər. 160 layihə təqdim olundu, lakin bütün tələblərə cavab verən layihə yox idi. Buna görə də layihələrin işlənməsi 1932–1933-cü illərə qədər davam etdi. Və sonda layihəsi əsas götürüldü. Binannın hündürlüyü 420 metr və 100 mərtəbədən ibarət olması nəzərdə tutulurdu. Binanın yerində tikiləcəyi planlanmışdı. 1931-ci ildə məbəd partladıldı və tikinti 1939-cu ildə başladı. İkinci Dünya müharibəsi illərində tikinti dayandırıldı və müharibə başa çatdıqdan sonra belə bu tikinti layihəsini daha bərpa etmək mümkün olmadı. Partladılmış məbədin yerində isə fontan salındı.
Tarixi İkinci Dünya müharibəsi başa çatdıqdan sonra ölkə rəhbərliyi Moskvada çoxmərtəbəli binalar tikmək fikrinə qayıtdı. Stalinin təklifi ilə 1947-ci il yanvarın 13-də SSRİ Nazirlər Soveti "Moskvada çoxmərtəbəli binaların tikintisi haqqında" qərar qəbul etdi. Bu qərarda səkkiz çoxmərtəbəli binanın tikintisi planları təsvir edilmişdi. Binaların sayının 1947-ci ildə qeyd olunan Moskvanın 800 illik yubileyini simvolizə etməli olduğu güman edilirdi, lakin 8-ci baniannı tikintisi Stalinin ölümündən sonra dayandırıldı.
Arxitektura Stalin göydələnləri stalinist memarlığın ən aydın nümunələridir. "Stalin göydələnləri"nin memarlıq üslubu ABŞ-nin Vulvort Bildinq kimi göydələnlərinə meydan oxuyurdu.
Yeddi göydələn Moskva Dövlət Universitetinin əsas binası
Tikilməmiş göydələnlər
Digərləri Arxitektura baxımından 1934-cü ildə reallaşdırılmayan Qırmızı meydandakı Ağır Sənaye Xalq Komissarlığı binasının, Aeroflot Evinin və başqa bəzi binaların dizaynı Stalin göydələnlərinin dizaynına uyğun idi.
Başqa şəhərlərdə Stalin göydələnləri Latviya Elmlər Akademiyasının binası (Riqa), Mədəniyyət və elm Sarayı (Varşava), Xreşçatik küçəsi 25 (Kiyev) yaşayış binası, "Beynəlxalq" hoteli (Praqa) və Azad Mətbuat Evi (Buxarest) dizayn baxımından stalin göydələnlərinə uyğundur. Varşavadakı Mədəniyyət və elm Sarayı SSRİ və Rusiyadan kənarda ən hündür Stalinist göydələndir. Sovet İttifaqının Polşa xalqına hədiyyəsi olaraq tikilmişdir. Varşava sakinləri bu göydələni "Stalinin xatirəsi" adlandırırlar.
İstinadlar
Kateqoriya:Stalinist memarlıq Kateqoriya:SSRİ tarixi