Konstantinopolun tutulması (1261) — 1204-cü ildə səlibçilər tərəfindən tutulan Konstantinopolun Nikeyalılar tərəfindən azad edilməsi. Bu, 57 illik fasilədən sonra Paleoloq sülaləsi altında Bizansın bərpasına və Latın imperiyasının məhvinə səbəb oldu. Tarixi 1204-cü ildə Dördüncü Səlib yürüşü nəticəsində Konstantinopol və onunla birlikdə Bizans imperiyası da süqut etdi. Onun ərazilərində səlibçi dövlətləri yaradıldı, onlardan ən böyüyü Latın imperiyası idi. Buna baxmayaraq, bizanslılar bir sıra başqa əraziləri əllərində saxlaya bildilər və onların üzərində öz dövlətlərini yarada bildilər: Epir krallığı, Nikey və Trabzon imperiyaları.
1261-ci ilin yayında Nikea imperatoru VIII Mixail Paleoloq Konstantinopolun qaytarılması üçün hazırlıqlara başlayır. Əvvəlcə o, Genuya Respublikası ilə ittifaqa girdiRavegnani, p. 163. və 1261-ci ilin iyulunda komandan Aleksey Stratiqopulu əsasən muzdlu kumanlardan və Nikey imperiyasının sakinlərindənBartusis, p. 27. ibarət 930 nəfərlik kiçik dəstə ilə Trakyaya göndərdi. Bunda əsas məqsəd latınlara hərbi güc nümayiş etdirmək idi.Акрополит Г. Летопись логофета Георгия Акрополита Mərmərə dənizini keçərək, Aleksey Silivridə düşərgə qurdu. Burada o, təsadüfən yunanlar ilə görüşdü. Onlar ona latınların əsas ordusunun Kefken adasına ekspedisiyaya getdiyini və şəhərin özündə yalnız kiçik bir qarnizon dəstəsinin qaldığını söylədi.Bartusis Mark C. The Late Byzantine Army: Arms and Society, 1204—1453, p. 40. Onlar həmçinin Stratiqopula şəhərin divarları arasında gizli bir keçid haqqında məlumat verdilər.Величко А. М. История Византийских императоров. Том 5, с. 74. Döyüş thumb|left|İmperator VIII Mixail Paleoloq 250px|thumb|right|Aleksey Stratiqopoulun dəstəsinin Konstantinopola girərək şəhəri ələ keçirən Silivri Qapısı Yunanların verdiyi məlumat qiymətli və gözlənilməz oldu. Lakin Aleksey Stratiqopulun göstərişlər almaq üçün Nikaya qasidlər göndərməyə vaxtı yox idi. 1261-ci il iyulun 25-nə keçən gecə bir neçə əsgər gizli keçiddən şəhərə daxil olaraq Silivri darvazasını açdılar.Nicol, p. 34. Bununla ordunun əsas hissəsi şəhərə daxil oldu. Bizanslılar şəhərə soxulub yuxulu latınlara hücum etdilər. Latınlar arasında çaxnaşma yaratmaq üçün gecə Konstantinopolun evlərinin damlarına alov ataraq Venesiya məhəllələrini yandırdılar. Sevincli yunanlar küçələrə çıxaraq “Yaşasın İmperator Mixail”, “Yaşasın Romalılar” qışqırmağa başladılar.Jean-Charles-Léonard. Storia delle repubbliche italiane dei secoli di mezzo, p. 250. Latın imperatoru II Balduin yuxudan oyanıb şəhərin hücuma məruz qaldığını anlayanda dağınıq və yuxulu fransızları bir yerə toplamaq üçün boşuna cəhd etdi. Bizanslıların Konstantinopola hansı qüvvələrlə və haradan daxil olduqlarını heç kim bilmirdi və buna görə də imperator yunanların şəhərə böyük bir ordu gətirdiyinə inandı. Bolduin imperator atributlarını ataraq Evbeyaya qaçdı.
Məğlub və ruhdan düşmüş fransızların qalıqları Konstantinopoldan təqribən 700 km aralıda yerləşən Evbeya adasına sığındı. Latınlar vaxt itirmədilər və təcili olaraq gəmilərə minərək, şəhəri sürətlə geri qaytarmaq ümidi ilə ona doğru üzdülər. Ancaq bizanslıların şəhəri hansı qüvvələrlə ələ keçirdiklərini heç kim bilmirdi. Bundan istifadə edən Aleksey Stratiqopulu hiyləyə əl atdı. O, böyük bir ordu görüntüsü yaratmağa cəhd göstərdi. Bunun üçün Stratiqopulu latınların qovulmasını həvəslə qarşılayan, yerli sakinləri döyüşçü kimi geyindirib silahlandırdı. Latınlar şəhər divarlarına çatanda qüllələrdə xeyli sayda döyüşçünün toplandığını gördülər.Величко А. М. История Византийских императоров. Том 5, с. 75. Sonda sarsıdıcı məğlubiyyətdən qorxan fransız ordusunun son qalıqları Latın imperiyasının sonu haqqında Qərbə dəhşətli xəbər çatdırmaq üçün İtaliyaya üz tutdular.Григора Никифор. Римская история, начинающаяся со взятия Константинополя латинянами. Т. 1. Книга 4, глава 2. С. 83.
Nəticəsi Şəhər ələ keçirildikdən sonra Aleksey Stratiqopulo Konstantinopolun qaytarılması xəbəri ilə İmperator VIII Mixail Paleoloqun yanına elçi göndərdi.Акрополит Георгий. Летопись великого логофета. Глава 86. С. 409, 410.Runciman Steven. I vespri siciliani, pp. 69—70. 15 avqust 1261-ci ildə, Müqəddəs Boqoroditsa bayramında VIII Mixail Paleoloq zəfərlə Konstantinopola Qızıl Qapıdan daxil oldu. Ardınca imperator Studiy monastırına, oradan Aleksey Stratiqopulo və Patriarx Arseniyin onu gözlədiyi Ayasofiya məbədinə gəldi.Runciman Steven. I vespri siciliani, p. 70.
İstinadlar
Ədəbiyyat
Geanakoplos, Deno John (1959). Emperor Michael Palaeologus and the West, 1258–1282: A Study in Byzantine-Latin Relations. Cambridge, Massachusetts: Harvard University Press. OCLC 1011763434. Nicol, Donald M. (1993). The Last Centuries of Byzantium, 1261–1453 (Second ed.). Cambridge: Cambridge University Press. ISBN 978-0-521-43991-6.
Акрополит Г. Летопись логофета Георгия Акрополита
Kateqoriya:Bizans imperiyası ilə əlaqəli mühasirələr Kateqoriya:Bizans imperiyasının döyüşləri Kateqoriya:Konstantinopol Kateqoriya:Nikeya imperiyasının döyüşləri