Dmitri İvanoviç Kotsubaylo (, ləqəbi — Da Vinçi;) — Ukrayna hərbçisi, Rusiya-Ukrayna müharibəsinin iştirakçısı. Ukrayna Qəhrəmanı (2021). Sağ Sektorun liderlərindən biri olub (2020–2023).
Sağlığında Ukrayna Qəhrəmanı adına layiq görülən ilk könüllü.Герой України доброволець "Да Вінчі" вперше зустрічає Новий рік не на фронті // ТСН. — 2021. — 31 декабря. 2022-ci ildə "Forbes" jurnalının "30 yaşa qədər 30: gələcəyin simaları" reytinqinə daxil edilib.30 до 30: обличчя майбутнього // Forbes. O, Avromeydandan və Rusiya-Ukrayna müharibəsindən keçmiş Ukrayna gənclər nəslinin təcəssümü adlanırdı.
Həyatı Dmitri Kotsubaylo 1995-ci il noyabrın 1-də Ukraynanın İvano-Frankovsk vilayətinin İvano-Frankovsk rayonunun Burştin icmasına daxil olan Zadnestryanskoye kəndində anadan olub.
Bovşevskaya orta məktəbini, İvano-Frankovsk Rəssamlıq Liseyini bitirib.
Avromeydannın fəal iştirakçısı olub.
Rusiya-Ukrayna müharibəsinin fəal iştirakçısı, könüllülər taqımının (2014), taborunun komandiri (2015). 2014-cü ildə Donetsk kənarındakı Peski kəndi yaxınlığında gedən döyüşdə ağır yaralanıb, sağaldıqdan sonra cəbhəyə qayıdıb. O, həmçinin 2022-ci və 2023-cü illərdə nizami qoşunların tərkibində Ukraynanı rus işğalından müdafiə edib.
Şəxsi həyatı 2017-ci ildən o, müharibədə könüllü feldşer, "Ulf" tibb xidmətinin rəhbəri və siyasi xadim Alina Mixaylova ilə münasibətdə olub.
Həlak olması 7 mart 2023-cü ildə Dmitri Kotsubaylo Baxmut uğrunda gedən döyüşlərdə həlak olub. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin videomüraciətində deyilir:
Dəfni 10 mart 2022-ci ildə Kiyevdə Dmitri Kotsubaylo ilə vida mərasimi keçirilib. Dəfn mərasimi Müqəddəs Mixail Qızıl Qübbəli Monastırında keçirilib. Mərasimdə Ukrayna prezidenti Vladimir Zelenski və Ukraynada səfərdə olan Finlandiyanın baş naziri Sanna Marin də daxil olmaqla yüzlərlə insan iştirak edib.
Kilsədə vida mərasimi başa çatdıqdan sonra tədbir Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov və Kiyev meri Vitali Kliçko da daxil olmaqla bir neçə min insanın toplaşdığı Müstəqillik meydanına keçirilib. Dmitri Kotsubaylo Askoldun xiyabanında dəfn edilib..
Mükafatları Qızıl Ulduz ordeni ilə təltif olunmaqla Ukrayna Qəhrəmanı adı (30 noyabr 2021-ci il).УПУ|608/2021|30 листопада 2021|Про присвоєння Д.Коцюбайлу звання Герой України|link=https://www.president.gov.ua/documents/6082021-40761 "Ukraynanın Xalq Qəhrəmanı" ordeninin kavaleri (2017). // ТСН. — 2021. — 1 грудня.
İstinadlar
Xarici keçidlər
Розділені: історії п’ятьох українців з Донбасу, долі яких змінила російсько-українська війна // ТСН. — 2021. — 1 серпня. "Їх нічого не спиняє", — інтерв’ю з легендарним командиром "Да Вінчі" про загострення на Донбасі // 24 канал. — 2021. — 15 вересня. Дмитро Коцюбайло // Правий сектор.
Kateqoriya:Donbass müharibəsi iştirakçıları Kateqoriya:Rusiya–Ukrayna müharibəsi iştirakçıları