TuralTuranX – Azərbaycan musiqi dueti. Duet əkiz qardaşlar olan Tural və Turan Bağmanovlardan ibarətdir. Azərbaycanı 2023-cü ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər.

Haqqında Tural və Turan Bağmanovlar 30 oktyabr 2000-ci ildə Zaqatala şəhərində doğulublar. Onlar orta məktəbdə oxuyanda fortepiano ilə məşğul olmağa və mahnılar öyrənməyə başlayıblar. Daha sonra gitara və atalarının onlara aldıqları sintezatorda ifa etməyi öyrəniblər. Məktəblərdə və bəzi tədbirlərdə çıxış etsələr də, atalarının ölümündən sonra musiqi karyeralarına fasilə veriblər.

Tural daha sonra Bakı şəhərinə köçmüş və 2019-cu ilin iyulunda gitaraçı dostu ilə birlikdə "TheRedJungle" adlı musiqi qrupu yaratmışdır. Tezliklə Turan da qrupa qoşulmuşdur.

2 fevral 2023-cü ildə onlar 2023 Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan üzrə seçim turunun 5 iştirakçısından biri olmuşdurlar. 9 mart 2023-cü ildə seçim turunun qalibi olaraq ölkəni Avroviziya mahnı müsabiqəsində təmsil etmək hüququ əldə ediblər. Onlar yazdıqları mahnını seçim turunun bitməsinə 3–4 gün qalmış göndərmişdilər. Müsabiqədə "Tell Me More" mahnısı ilə çıxış etmiş və 1-ci yarımfinalda 4 xalla 14-cü yeri tutaraq finala çıxa bilməmişlər. Müsabiqədən qabaq onların geyim tərzi Azərbaycanda geniş müzakirələrə və tənqidə səbəb olmuşdu.

Şəxsi həyatları Turalla Turanın iki qardaşı (Emin və Camal) 2015-ci ildə Zaqatalanın Yuxarı Tala kəndində baş vermiş yol qəzası nəticəsində həlak olmuşdurlar.

Diskoqrafiya Sinqllar Tell Me More (2023) Reasons to Get High (2024)

İstinadlar

Xarici keçidlər Avroviziyanın rəsmi saytında

Kateqoriya:Musiqi duetləri Kateqoriya:Azərbaycanın "Avroviziya" təmsilçiləri Kateqoriya:2023 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:Azərbaycan musiqi qrupları Kateqoriya:Əkiz insanlar