Elçin Razim oğlu Zeynalov () — texnika elmləri doktoru, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini (2019-cu ildən).

Həyatı Elçin Razim oğlu Zeynalov 1970-ci il sentyabrın 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Binəqədi rayonu 157 saylı tam orta məktəbi (rus bölməsi) bitirib. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin informasiya ölçmə hesablama texnikasi ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən 1995-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyasının Aspirantura şöbəsində təhsil alıb. 1998-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru, 2014-cü ildə texnika elmləri doktoru elmi dərəcəsi verilmişdir. 3 kitabın və 40-dan çox elmi məqalənin müəllifidir. Bir sıra beynalxalq elmi konfranslarda iştirak edib. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin davamçılarından biridir. 2007–2009-cu illərdə ikinci ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə alıb. Ailəlidir, üç övladı var.

Əmək fəaliyyəti 1992–1995-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Aspirantura şöbəsində təhsil alıb. 1995–2003-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında elmi işçi olub. 2003–2006-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş məsləhətçi, sektor müdiri vəzifələrində çalışıb. 2006–2008-ci illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondunun icraçı direktoru vəzifəsində çalışıb. 2008-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Xidmətinin rəisi olub. 2010–2013-cü illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində şöbə müdiri olub. 2013–2018-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru olub. 2018–2019-cu illərdə Kənd Təsərrüfatı nazirinin müşaviri, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru olub. 2019-cu ildən kənd təsərrüfatı nazirinin müavini vəzifəsini tutur.

Xəbərlər E. R. Zeynalovun Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini təyin edilməsi haqqında Şamaxıda regional ixtisaslaşma və davamlı iqtisadi inkişaf mövzusunda konfrans keçirilib Bakıda ECO ölkələrinin kənd təsərrüfatı üzrə yüksək səviyyəli ekspertlərinin V iclası keçirilir Nazir müavini: Kənd təsərrüfatı sahəsinə birbaşa dövlət dəstəyinin yeni mərhələsinə start verilib Azərbaycan nümayəndə heyəti Çində kənd təsərrüfatı sərgisində iştirak edib Lütfi Zadə — Xəyalla həqiqət arasındakı səddi aradan qaldıran şəxsiyyət

İstinadlar