İvan İvanoviç Avramov (; ) — komi mənşəli SSRİ teatrı aktyoru, rejissor. SSRİ xalq artisti.Энциклопедический словарь. 2009. Аврамов Иван Иванович.
Həyatı İvan Avramov 23 sentyabr 1915-ci ildə Sloboda kəndində (indiki Komi Respublikasının Sıktıvkar şəhərinin Ejvinski rayonu) Müqəddəs Nikolay kilsəsində məzmur oxuyan ailəsində anadan olmuşdur. 1932-ci ildən Komi təlimatçı və səyyar nümayiş teatrının truppasında fəaliyyət göstərmişdir. 1933-cü ildə Nadejda Krupskaya adına Moskva Teatr Texnikumunda, 1934–1936-cı illərdə Leninqrad İncəsənət Texnikumunda (indiki Rusiya Dövlət İncəsənət İnstitutu) təhsil almışdır.
İrsi Komi Respublikası Prezidentinin 20 iyun 2001-ci il tarixli 257 nömrəli Fərmanı ilə teatr sənəti sahəsində SSRİ xalq artisti İvan Avramovun adına mükafat təsis edilmişdir.
İstinadlar
Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Rusiyanın teatr rejissorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Rusiya Teatr Xadimləri İttifaqının üzvləri