İsrafil bəy Həsən bəy oğlu Yadigarov (; ; ; ) — Rusiya imperiyası, Gürcüstan və Polşanın Azərbaycan əsilli hərbi xadimi.
General-leytenant İsrafil bəy Yadigarovun nəvəsidir.
Həyatı İsrafil bəy Yadigarov 7 avqust 1888-ci ildə Tiflisdə milis praporşiki və varlı mülkədar Həsən bəy Yadigarovun (1854/56–1934) ailəsində anadan olmuşdur. İsrafil bəyin adını daşıdığı babası İsrafil bəy Yadigarov rus ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlı idi. Babası İsrafil bəyin kiçik qardaşı 1844–1848-ci illərdə isə Peterburq universitetində ərəb-fars-türk filologiyası üzrə təhsil almış və Rusiyada universitet təhsilinin tam kursunu başa vuran ilk azərbaycanlı Ağa bəy Yadigarovdur. Yadigarovlar əslən Borçalı qəzasının Təkəli kəndindəndirlər.
Rus ordusunda O, 1898–1905-ci illərdə Tiflisdəki Kadetlər korpusunda oxuyur. 1910-cu ilin avqustunda I kateqoriyalı korpusu tamamlayaraq, çar II Nikolayın 17-ci Nijeqoroddakı süvari alayında podporuçik rütbəsini alır. 1913-cü ildə poruçik rütbəsini alır. Birinci Dünya müharibəsi başlayanda İsrafil bəy bir müddət süvari generalı Hüseyn xan Naxçıvanskinin komandanlıq etdiyi 17-ci Nijeqorod süvari alayının sıralarında döyüşür. Tabeliyində olan alayla Varşava yaxınlığında olur. Arada hospitalda müalicə aldıqdan sonra 2-ci eskadrona başçılıq edir. 1915-ci ilin yanvarında Qafqaz cəbhəsinə göndərilir. 1915-ci ildə ona ştabs-rotmistr rütbəsi verilir. Bir müddət sonra Odessa ətrafına köçürülür və Bolqarıstana desant üçün hazırlığa başlayır. 1916-cı ilin noyabrında rotmistr rütbəsini alaraq Qafqaz süvari diviziyasının Tatar alayına köçürülür və Rumıniya cəbhəsinə göndərilir. 1917-ci ilin yanvarında podpolkovnik rütbəsi alaraq Qafqaza diviziya rəisi təyin olunur və 2-ci tatar alayının ehtiyat briqadasını təşkil etmək tapşırığını alır. 1917-ci ilin sonunadək orduda qalır və sonra tərxis olunub öz malikanəsinə qayıdır.
Gürcüstanda İnqilabdan sonra Şərq cəbhəsinin dağılması nəticəsində Vətənə qayıtmış İsrafil bəy Yadigarov yenicə yaranmış Gürcüstan Demokratik Respublikası ordusunun sıralarına qoşulur. 1918-ci ilin dekabrında erməni-gürcü müharibəsində iştirak edir.
1919-cu ilin fevralında Gürcüstan Müəssislər Məclisinə keçirilən seçkilərdə iştirak etmiş "Borçalı Qəzasının Müsəlmanları" qrupunun Gürcüstan Seçki Komissiyasına təqdim edilmiş siyahısında İsrafil bəy Yadigarovun adı göstərilmişdir. Lakin onun namizədliyi (GMMŞ-in sədri Əbdürrəhim bəy Haqverdiyev və Ömər Faiq Nemanzadə kimi) komissiya tərəfindən təsdiq edilməmişdir. Qrup isə müəyyən edilmiş həddi aşa bilməmiş və buna görə də onun üzvləri Müəssislər Məclisinə daxil ola bilməmişdirlər. Gürcüstan Daxili işlər nazirinin 20 may 1919-cu il tarixli № 52 əmri ilə mayor İsrafil Yadigarov Borçalı qəzasının Yaylaqat nahiyəsinin qubernatoru (qayımməqamı) təyin edilmişdir.
Cahangir bəy Kazımbəylinin xatirələrinə əsasən Gəncə üsyanının ərəfəsində gizlicə Gəncəyə gələn 3 gürcü zabitdən biri olmuşdur. C. Kazımbəyli yazır:
Bolşevik Rusiya Gürcüstanı işğal etməyə başlayanda Borçalı və Tiflis qəzalarının müsəlman əhalisinin 200 nəfərlik dəstəsinə komandanlıq edərək Qızıl Orduya qarşı mübarizə aparmışdır. "Sakartvelos Respublika" qəzeti (№ 38, 18 fevral 1921) bu haqda yazır:
Bir gün sonra "Sakartvelo" qəzeti (№ 39, 19 fevral 1921) "Borçalı və Tbilisi müsəlman dəstəsi" başlıqlı xəbərdə yazır: Çox sonralar gürcü mühacir və Varşava Ali Hərbi Məktəbinin məzunu leytenant Mixail Dadiani xatirələrində yazır:
Polşada Gürcüstanın bolşevik işğalından sonra Türkiyəyə sığınmış, buradan isə Polşaya keçmiş, orduda xidmətə başlamışdır. Bu vaxt Gürcüstan və Azərbaycandan bir çox zabit Polşa ordusunun sıralarına yazılmaq üçün buraya mühacirət edirdilər. Bunların arasında qohumları Arçil bəy və Vəli bəy Yadigarovlar, Cahangir bəy Kazımbəyov, tez-tez İsrafil bəylə səhv salınan İsrafil bəy Məhəmməd, Həmid bəy Məmmədzadə və Kazım bəy Səfəroğlu vardır.
O, zabitlərin yenidənhazırlanma kurslarını bitirmiş və Minsk-Marovşada 7-ci süvari dəstəsində təcrübə keçmiş, sonra mayor rütbəsi ilə Polşa ordusunun süvari hissələrində xidmət etmişdir. Sexanuvda 11-ci Legioner Ulan Alayının podpolkovniki (polkovnik-leytenantı) olmuşdur.
İsrafil bəy Yadigarov 18 may 1939-cu ildə vəfat etmişdir. Qəbri Varşavadakı müsəlman-tatar qəbiristanlığındadır.
İstinadlar
Ədəbiyyat
Həmçinin bax Davud bəy Yadigarov Vəli bəy Yadigar
Kateqoriya:Yadigarovlar Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Polşa hərbçiləri Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Azərbaycan şəxsləri Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:Polşa azərbaycanlıları Kateqoriya:Azərbaycan antikommunistləri