– yapon keramika sənətçisi. Takahaşi Mitsutoki və ya Takahaşi Dohaçi adları ilə də tanınmışdır. İmitasiya işlərinə görə məşhurlaşmışdır. thumb|Sakura dizaynlı qab.|180px

Həyatı Ninami Dohaçi 1783-cü ildə doğulmuşdur. Onun atası da dulusçu idi. O, Okuda Eysenin şagirdi olmuşdur. Aoki Mokubey və Eyraku Hozenlə birlikdə Edo dövrünün sonunda Kioto keramikasının üç usta dulusçusundan biri hesab olunur.

Dohaçi Kioto şəhərinin bir neçə yerində (Nişi Honqan məbədi və Saqa rayonu), eləcə də, Takamatsu və Şikokuda keramika ocaqları qurmuşdur. Çin elementlərinə əhəmiyyət verən Mokubeydən fərqli olaraq o, yapon rəngləməsinə əhəmiyyət vermiş, çay mərasimində istifadə olunan qablarda ixtisaslaşmışdır. Dohaçi fiqur formasında olan buxur qutuları hazırlamışdır. O, Nonomura Ninsey və Oqata Kenzan kimi sənətçilərin işlərini, eləcə də, Koreya üslublarını və raku dulusçuluğunu dəqiq və canlı imitasiya etməsinə görə tanınmışdır.

Əsas əsərlərinə sakura və ağcaqayın dizaynlarına malik şirli qablardır. Ən məşhur işlərini Kiotonun cənub-şərqində yerləşən Fuşimiyə köçdükdən sonra hazırlamışdır.

İşləri

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiyanın keramika sənətçiləri Kateqoriya:Edo dövrü şəxsləri Kateqoriya:Yapon çay mərasimi