Şikar Bədəlov (5 fevral 1986, Şamaxı)— Azərbaycanlı kikboksçu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı, "Kings of Kings" dünya kəmərinin sahibi.
Həyatı və təhsili Bədəlov Şikar Maqsud oğlu 1986-cı fevralın 5-də Şamaxı şəhərində anadan olub. 1993-2003-cü illərdə Şamaxı şəhərində yerləşən 5 nömrəli orta məktəbdə təhsil alıb. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb.
İdmançı kariyerası 2017-ci ildə Almaniyanın Herni şəhərində kikboksinqin K1 versiyası üzrə "Fight Vision Europe" yarışında iştirak edib. 13 ölkədən 26 idmançının iştirak etdiyi yarışda alman rəqibini 3-cü raundda texniki nokautla məğlub edərək qalib olub.
2018-ci ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısıdır. 2018-ci il iyunun 2-də Almaniyanın Düsseldorf şəhərində kikboksinq üzrə peşəkarlar arasında reytinq döyüşü olan XXII “Heroic battle”-a qatılıb.
2021-ci ildə Türkiyənin Konya şəhərində kəmər döyüşünə çıxıb. Döyüşün birinci raundunda iranlı İbrahim Xezaini ilk dəqiqəsində nokautla məğlub edərək Dünya kəmərini qazanıb.
2023-cü il fevralın 5-də dünya kuboku çərçivəsində Türkiyənin İstanbul şəhərində Yahya Kemal Beyatlı Mərkəzində mərakeşli Noordin El Benmofu I raundun 1-ci dəqiqəsində nokautla məğlub edərək dünya kubokunu qazanıb.
İstinadlar
Xarici keçidlər
Səhər Mərkəzi - Şikar Bədəlov, Aysel Sultanova, Samir Piriyev 05.07.2021 / Xəzər tv Şikar Bədəlov vs İbrahim Khazae Şikar Bədəlova bir dəqiqə kifayət edib / Real tv Şikar Bədəlov Dünya Kubokunu qazandı / ARB 24 Şikar Bədəlov vs Roman Stobel
Kateqoriya:Azərbaycan kikboksçuları Kateqoriya:Şamaxıda doğulanlar