Luis Eçeverria Alvares (; ) — Meksika dövlət və siyasət xadimi, 1 dekabr 1970-ci ildən 30 noyabr 1976-cı ilə qədər Meksika Prezidenti.

Həyatı Eçeverria 1940-cı ildə hakim İnstitusional İnqilab Partiyası (İİP) prezidentinin şəxsi katibi olmuş və 1945-ci ildə Meksika Milli Muxtar Universitetində hüquq dərəcəsi almışdır. O, siyasi dairələrdə sürətlə yüksəlmiş, hökumətdə və İİP-də bir sıra mühüm vəzifələrdə çalışmışdır. 1964-cü ildə prezident Qustavo Dias Ordas tərəfindən daxili işlər katibi təyin edilmişdir. O, 1968-ci ildə tələbə nümayişlərinə qarşı gördüyü sərt tədbirlərə görə ciddi tənqidlərə məruz qalmışdır.The Editors of Encyclopaedia Britannica. "Luis Echeverría Álvarez ". Encyclopedia Britannica.

Eçeverria 8 iyul 2022-ci ildə Kuernavada yerləşən evində, 101 yaşında vəfat etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat

Castañeda, Jorge G. Perpetuating Power: How Mexican Presidents Were Chosen. New York: The New Press 2000.

Xarici keçidlər

Kateqoriya:Meksika uzunömürlüləri Kateqoriya:Meksika prezidentləri