Əbədi sülh (, , ) və ya Polşa ənənəsindəki adı ilə Qjimultovski müqaviləsi () — Rusiya çarlığı ilə Reç Pospolita arasında 6 may 1686-cı ildə Moskvada bağlanmış müqavilə. "Əbədi sülh" 1667-ci il Andrusovo müqaviləsinə əsasən, Solsahil Ukraynası, Smolensk voyevodalığı və Seversk torpaqlarının Rusiyaya qaytarılmasını bir daha təsdiq etmiş, Kiyev Rusiyaya verilmişdir. Hər iki dövlət Osmanlı ilə birtərəfli sülh bağlamağı öz öhdəsinə götürmüşdür. Rusiya Krım xanlığına qarşı hərbi yürüş etməyə razılıq vermişdir. "Əbədi sülh" Rusiya–Polşa munasibətlərini nizama salmış və Avropada Osmanlı əleyhinə ittifaqın (Reç Pospolita, Rusiya, Müqəddəs Roma imperiyası, Venesiya) qəti formalaşmasını başa çatdırmışdır.

İstinadlar

Əlavə ədəbiyyat Кочегаров К. А. Речь Посполитая и Россия в 1680—1686 годах. Заключение договора о Вечном мире : [монография]. — М.: Индрик, 2008. — 502 с. — ISBN 978-5-85759-443-8

Xarici keçidlər «Вечный мир». 26.04.1686. Проект Российского военно-исторического общества «100 главных документов российской истории».

Kateqoriya:Polşanın müqavilələri Kateqoriya:Rusiyanın müqavilələri Kateqoriya:Ukraynanın siyasi tarixi Kateqoriya:Polşa–Rusiya münasibətləri