Kulobilər — Tacikistanın cənub-qərb regionunda yaşayan taciklər.
Tarixi Kulobi termini Sovet dövründə mövcud olmuş Kulob vilayətinin adından gəlir. Bu vilayət 1992-ci ildə Xatlon vilayətinin yaradılması üçün Kurqantəpə vilayəti ilə birləşdirilib. Kulobilər etnik taciklərdir və tacik dilində danışırlar. Tacikistanda vətəndaş müharibəsi zamanı Kulobilər hökumətin tərəfində qarmilər və pamirlilərə qarşı vuruşmuşdular. Kulob vilayətinin Danqara şəhərindən olan Emoməli Rəhmon 1992-ci ilin noyabrında, kulobi milisləri paytaxt Düşənbəni müxalifət qüvvələrinin əlindən aldıqdan sonra Tacikistan Prezidenti olmuşdur. Tacikistanın hazırkı hökumətində kulobilər üstünlük təşkil edir.
İstinadlar
Kateqoriya:Tacikistanda yaşayan etnik qruplar