Recep İvedik 7 — Cielo Medya imzalı, 9 dekabr 2022-ci ildə Disney±da nümayiş etdirilən, rejissoru Togan Gökbakar, ssenarisi Şahan Gökbakarın yazdığı, baş rollarda Şahan Gökbakar, Öznur Sərçələr və Nurullah Çələbinin oynadığı türk komediya filmi. Recep İvedik film seriyasının yeddinci filmidir.
Mövzu Recep İvedik şəhərdə yaşamaq baha başa gəldiyindən həyat şəraiti pisləşincə İstanbulu tərk edərək kənddəki nənəsinin evində yaşamağa qərar verir. Kəndə gələndə öyrənir ki, düz kəndin üzərində layihə tikmək planlaşdırılır və təbiətə də ziyan vuracaq. Dostu Nurullah və qonşusu Büşra ilə birlikdə layihənin qarşısını almaq və kəndi xilas etmək üçün işə başlayırlar.
Film heyəti Şahan Gökbakar – Recep İvedik Öznur Serçeler – hüquqşünas Büşra Altın Nurullah Çələbi – Nurullah Sağlam İrfan Kangı – Ərdəm Çökələk Eray Türk – Kamal müəllim Murad Ərgür – Muhtar Asim Civan Murat Dalkılıç – özü Mehmet İlhami Adsal – Ənvər Çökələk Yeşim Sarı – Murad Dalkılıçın meneceri Turgut Çalhan – Saleh abi Fatih Batı – qağayı bığ Fateh Barış Əli Çəlikər – bilya Camal Gönən Fateh Yeməz – Jan Klod Adnan Murad Bölücək – bibərli Həsən Şahabətdin Qarabulud – zıp-zıp Orxan Cənnət Uğurlu – baltalı Sultan
Tənqidlər "Sabah" qəzetinin yazarı Melih Altınok filmin Şahan Gökbakarın siyasi tvitlərindən ibarət olduğunu və dialoqlarda "Sözcü" qəzetinin manşetlərinin yer aldığını bildirib.
Müğənni, rejissor, ssenarist və aktyor Mahsun Kırmızıgül isə Recep İvedik 7-dən Kemal Sunal filmlərinin dadını aldığını bildirib və filmlə bağlı böyük müzakirələrə səbəb olub.
Jurnalist Ahmet Hakan filmi "Eyni sadəlik, eyni kobudluq, eyni səthilik, eyni alt-para yumor, eyni incəlik, eyni təkəbbür, eyni ədəbsizlik, eyni keyfiyyətsizlik" sözləri ilə tənqid edib.
Filmdə Türkiyə iqtisadiyyatı ilə bağlı tənqidlərə bəzi izləyicilər reaksiya verib.
İstinadlar
Kateqoriya:Recep İvedik Kateqoriya:Türkiyənin komediya filmləri Kateqoriya:İstanbulda çəkilən filmlər Kateqoriya:2022-ci ilin filmləri Kateqoriya:İstanbul haqqında filmlər Kateqoriya:2022-ci ilin Türkiyə filmləri