Henrix Qustav Maqnus (; ) — Almaniya fiziki və kimyaçısı. Berlin Elmlər Akademiyasının üzvü (1840),Gustav Magnus London Kral Cəmiyyətinin xarici üzvü (1863), Sankt-Peterburq Elmlər Akademiyasının (1854)Профиль Генриха Густава Магнуса на официальном сайте РАН və Paris Elmlər Akademiyasının (1864)Les membres du passé dont le nom commence par M müxbir üzvü olmuşdur.

Həyatı 1831–1869-cu illərdə Berlin Universitetində əvvəlcə müəllim, sonra professor olmuşdur. O, fizika və kimyanın müxtəlif məsələlərinə dair çoxlu eksperimental əsərlər dərc etdirmişdir. Onun ev laboratoriyası pedaqoji məqsədləri olan fizika laboratoriyasının ilk nümunəsi idi. Eksperimental fiziklər üçün yetişdirmə meydanına çevrilmişdir. Maqnusun laboratoriyasında bir neçə rus, o cümlədən İvan Seçenov da təhsil almışdır.

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:XIX əsr Almaniya fizikləri Kateqoriya:Almaniya kimyaçıları Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri