Viktor Antonoviç Avdyuşko (; ) — SSRİ teatr və kino aktyoru. RSFSR xalq artisti (1974)

Həyatı 1949-cu ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu (Yuli Rayzmanın emalatxanası) bitirmişdir. O, 1948-ci ildə "Gənc qvardiya" filmində kinoda debüt etmişdir. 1957-ci ildə "Sıx düyün" ("Paşa həyata girir") filmində Pavel Mansurov rolunu oynamışdır. Avdyuşkonun ən böyük işi "Gələnlərə sülh" filmindəki əsgər Yamşçikov roludur (1961). Aktyor xüsusilə zahiri sərt, təmkinli, cəsarətli, lakin xeyirxah və müdrik insanların rollarında uğurla çıxış etmişdir (starşina Şesternev, "Dirilər və ölülər", 1964; Qriqori Şiligin, "Fəhlə kəndi", 1966; Marşal Konyev, "Azadlıq əsgərləri", 1977). O, həm də komediya rollarını oynamışdır (dalğıc Mişa, "Otuz üç", 1966). Ümumilikdə aktyor 60-dan çox film rolunu oynamışdır.Энциклопедический словарь. 2009. АВДЮШКО Виктор Антонович.

Təltif və mükafatlar RSFSR əməkdar artisti (1965) RSFSR xalq artisti (1974)

İstinadlar

Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Ağciyər xəstəliklərindən vəfat edənlər