Sutorina mübahisəsi — Monteneqro ilə Bosniya və Herseqovina arasında Sutorina ərazisi üzərində suverenliklə bağlı sərhəd mübahisəsi. 1878-ci il Berlin konqresindən bəri Sutorina ərazisi Avstriya-Macarıstan və daha sonra Yuqoslaviya krallığının tərkibində Bosniya və Herseqovinanın bir hissəsi idi, lakin 1947-ci ildə İkinci Dünya müharibəsindən sonra Yuqoslaviya SFR tərkibində Monteneqro SR-yə birləşdirilmişdir. Yuqoslaviyanın parçalanmasından sonra əraziyə nəzarət Monteneqro tərəfindən saxlanılmışdır, lakin bəzi bosniyalı rəsmilər ərazinin ötürülməsinin qeyri-qanuni olduğunu iddia edərək, Monteneqronun ərazi üzərindəki suverenliyini mübahisə mövzusuna çevirmişdir. 2015-ci ildə iki ölkə ərazi üzərində suverenliyin Monteneqroya verilməsi barədə razılığa gəlmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Bosniya və Herseqovinanın ərazi mübahisələri Kateqoriya:Monteneqronun ərazi mübahisələri