Kamilla Vasilyevna Trever (; ) — Rusiya tarixçisi, numizmatı və şərqşünası, 29 sentyabr 1943-cü ildən Rusiya Elmlər Akademiyasının müxbir üzvü. Trever Cənubi Qafqaz, Mərkəzi Asiya və İranın tarixi və mədəniyyəti üzrə ixtisaslaşmışdır.
Karyera Treverin karyerası 1918-ci ildə İmperator Arxeoloji Komissiyasında tədqiqatçı vəzifəsinə seçilməsi ilə başlamışdır. Bu, onun "Ermitaj"da işə başlamasına səbəb olmuşdu. Karyerasının bu ilk mərhələsi onun diqqətini Sasani numizmatikasına, eləcə də Monqolustanda aparılan qazıntılardan əldə edilən materialları dərc etdirməyə yönəltmişdir. O, həmçinin Leninqrad Dövlət Universitetinin İranşünaslıq fakültəsində dərs demişdir.
İstinadlar
Kateqoriya:SSRİ şərqşünasları Kateqoriya:Rusiya şərqşünasları Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri