Kubin — Azərbaycan Respublikasının Masallı rayonunun Miyanku kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Masallı rayonunun Hişgədərə kənd inzibati ərazi vahidinin Kubin kəndi Miyanku kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.
Toponimikası Yaşayış məntəqəsinin adı talış dilindəki ku "dağ" və bin "alt", "dib" komponentlərindən yaranmışdır (Dağdibi kəndi).
Əhalisi Əhalisi 561 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Masallı rayonunun kəndləri