– Yaponiyanın ilk yun fabriki. Tokionun Sencu rayonunda yerləşirdi.

Tarixi Sencu yun fabriki Meyci hökuməti tərəfindən müasir sənayeni inkişaf etdirmək məqsədilə yaradılmış bir çox model fabrikdən biri idi. Fabrik Almaniyadan gətirilmiş maşınlarla və alman texniklərlə yaradılmış, 1879-cu ildə fəaliyyət göstərməyə başlamışdır. Fabrikin məqsədi özəl müəssisələr üçün model təşkil etmək, eləcə də, ordunun hərbi formalara və digər yun məmulatlarına olan təlabatını ödəmək idi.

Fabrikin idarəçiliyi 1881-ci ildə Kənd Təsərrüfatı və Ticarət Nazirliyinə, 1888-ci ildə isə Ordu Nazirliyinə keçmişdir. Digər dövlət müəssisələrindən fərqlənən cəhəti ölkəni tamamilə yeni sənaye sahəsi ilə tanış edən yeganə hökumət fabriki olması idi. Özəl yun sənayesi sektoru pambıqəyirmə və ipəksarımaya nəzərən ləng inkişaf etdiyi üçün Sencu yun fabriki bu sahədə əhəmiyyəti qoruya bilən yeganə müəssisə olmuşdur. XX əsrə qədər Yaponiyada yun parçalar istehsal edən əsas fabrik olmuşdur.

İncəsənətdə Yasuci İnoenin "Tokionun 100 görünüşü" seriyasına (1881–1889) daxil olan şəkillərdən biri Sencu yun fabrikinə həsr olunmuşdur.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:1879-cu ildə yarananlar Kateqoriya:Tokio tikililəri Kateqoriya:Yun Kateqoriya:Meyci dövrünün tikililəri