left|thumb|𐕞 hərfi "Yoqun şamdanı"nda son sətrin ikinci hərfi kimi 𐕞 (səslənməsi , transkripsiyası Ü, ü) — Alban əlifbasının 47-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı (İon) kimi verilmişdir. Buna baxmayaraq Sinay Palimpsestlərində bu hərfi Aor hərfindən fərqləndirmək mümkün deyildir. Tədqiqatçı Jost Gippert bu hərfi Aor və Yayd hərflərinin diqrafı kimi rekonstruksiya etmiş, (hüwḳ) 'ürək' (), (üwx̣) 'altı' () və (vüwġ) 'yeddi' () kimi sözləri əsas gətirərək əlifbada "ü" hərfinin mövcud olmağını məcburiyyət kimi irəli sürmüşdür. Buna görə də Gippert, Matenadarandakı hərfin əsl adının "Ün" ola biləcəyi ehtimalını müdafiə edir.J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, , 2008; 1-ci cild, səh. II-11
Digər tədqiqatçılardan Aşot Abramyan bu hərfi ermənicə Ր (r) hərfi ilə bənzətmişdir.Roman Lolua, Проблемы современной албанологии. I. Кавказско-албанский алфавит (критический обзор источников). II. Внутренняя форма кавказско-албанского алфавита (Müasir albanşünaslığın problemləri. I. Qafqaz-alban əlifbası (mənbələrə tənqidi baxış). II. Qafqaz-alban əlifbasının daxili forması) Muravyev /ə/ səsinə üstünlük vermişdir.Sergey Murayyev — Три этюда о кавказско-албанской письменности (Qafqaz albanlarının hərfləri haqda üç etüd), İber-Qafqaz dilçiliyinin məcmuəsi. cild. 8. Tbilisi: Metsniereba. 1981. səh. 259 Klimov isə /o/ səsi ehtimalını irəli sürmüşdür.Klimov G. Агванское письмо, попытка его дешифровки (Ağvan əlifbası və onu deşifrə etmək cəhdi), səh. 13 // Gənc filoloqun ensiklopedik lüğəti, Moskva, 1984
İstinadlar
Kateqoriya:Alban əlifbası