𐕏 (səslənməsi , transkripsiyası Ʒ', ӡ') — Alban əlifbasının 32-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı (J̌áy) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı əslində "Ʒ’ay" olmalıdır və damaqlaşmış cingiltili affrikatdır.J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, , 2008; 1-ci cild, səh. II-4–8 Erməni tədqiqatçı Aşot Abramyan bu hərfi ş səsinin bir forması olduğunu düşünürdü.Aşot Qareqinoviç Abramyan — Дешифровка надписей Кавказских агван (Qafqaz albanlarının yazısının deşifri), Mitk, 1964, səh. 32 Georgi Klimov bu hərfin nə formasını, nə də mənasını başa düşməyib.Klimov G. Агванское письмо, попытка его дешифровки (Ağvan əlifbası və onu deşifrə etmək cəhdi), səh. 13 // Gənc filoloqun ensiklopedik lüğəti, Moskva, 1984 Sinay palimpsestlərində qeydə alınmamış hərflərdən biridir. Hipotetik olaraq 5000 rəqəmini təmsil etdiyi düşünülür.
İstinadlar
Kateqoriya:Alban əlifbası