Samo () — Xorvatiya müğənnisi və bəstəkarı Nina Kralyiçin debüt studiya albomu. 30 sentyabr 2016-cı il tarixində "Universal Music Austria" vasitəsilə Xorvatiyada işıq üzü görmüşdür. Alboma, ifaçının sayca 61-ci Avroviziya Mahnı Müsabiqəsində ölkəsini uğurla təmsil etdiyi "Lighthouse" mahnısı da daxildir.

Musiqi albomu

Albom ifaçının özünəməxsus musiqi istedadını özündə əks etdirir. 2015-ci ildə buraxılması planlaşdırılsada, Avroviziya Mahnı Müsabiqəsi layihəsi səbəbilə təxirə salınmışdır. "Samo"da yer alan "Lullaby" və "Lay you down" mahnıları ilə ifaçı özünü eyni zamanda söz yazarı və bəstəkar kimi də təqdim etmişdir. "Što to nema" mahnısında xorvatiyalı məşhur pianoçu Matiya Dediç çıxış etmişdir. Alboma daxil edilmiş "Negdje" mahnısı ifaçının ivrit dilində səsləndirdiyi "Ata ey foshehu sham" mahnısının xorvat dilində olan versiyasıdır.

Buraxılış tarixi Ərazi Tarix Format Nəşr Etiket İstinad.Dünya üzrə 30 sentyabr 2016 Rəqəmsal yükləmə və Kompakt disk(CD) Standart Universal Music Croatia

Mahnı siyahısı Aşağıdakı cədvəldə, Nina Kralyiçin "Samo" musiqi albomuna daxil olan musiqi əsərlərinin ətraflı siyahısı göstərilmişdir.

Çartlarda Çart (2016) Zirvə nöqtəsi Croatian Domestic Albums (HDU) 8

İstinadlar

Kateqoriya:Nina Kralyiç albomları