Yaycı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi rayonunda kənd adı
Əhalisi Kənddə 1897-ci ildə 180 nəfər, 1914-cü ildə 157 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildən etibarən kəndin azərbaycanlı əhalisi zorla ermənilər tərəfindən qovulmuşdur. 1930-cu illərə kimi kənd xaraba qalmış, heç kim yaşamamışdır. 1930-cu ildən başlayaraq kəndə kürdlər yerləşdirilmişdir.
Toponimi Toponim yaycı türk etnonimi əsasında düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
İstinadlar
Kateqoriya:Vedibasar kəndləri