() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Haqqında Azərbaycanda Xəzər yarımnövü yuvalayır. Qış vaxtında isə ona daha 6 yarımnöv qoşulur. Onlardan bəzisi qışlayır, bəzisi isə yalnız uçub keçir. Qamışlıq vələmirquşunun erkəyinin başı və boğazı qara, qanadları və quyruğu qonurdur. Beli kürənimtil-boz, qonur alalıdır. Dişinin və cavanların başı bozumtuldur. Cüt-cüt və sürü ilə gəzir. Növün arealı Avropa və Asiya, qışda isə arealın cənubudur. Azərbaycan hüdudlarında yuvalama dövründə aran rayonlarının su hövzələri yaxınlığındakı qamışlıqlarda məskunlaşır. Respublikada suvarma sisteminin genişlənməsi onun da yayılmasına səbəb olur. Yuvasını yerdə və ya otun, seyrək hallarda kolların üstündə qurur. İldə 2 dəfə - mayda və iyulun əvvəllərində 4-5 bozumtul-çəhrayı, tünd naxışlı yumurta qoyur. Qışlayan populyasiyalar sentyabrın əvvəlindən uçub gəlir. Uçub keçmə zamanı hündür dağlıqlardan başqa hər yerdə rast gəlinir. Aran rayonlarında qışlamada çoxsaylı, dağətəklərində isə adi quşdur. Müxtəlif toxumlar seyrək hallarda giləmeyvə və həşəratlarla qidalanır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Azərbaycan quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar