Məhəmməd: Bir dünya fatehi 20 Mart 2018-ci il tarixində Kanal D-də yayımlanmağa başlayan O3 Medya tərəfindən buraxılmış olan Türkiyə istehsalı tarixi və uydurma televiziya serialıdır. Serialın süjet xətti II Məhəmmədin İstanbulun fəthi ilə başlayan hakimiyyət uğrunda aparmış olduğu mübarizəsindən bəhs edir. Serial 1 may 2018-ci ildə efirə buraxılmış olan 6-cı bölümü ilə sona çatmışdır.

Süjet xətti Serial Osmanlının ən məşhur sultanı olan Fatih Sultan Mehmedin həyatından bəhs edir. Onun hakimiyyətə gəlməsi, taxta çıxması üçün keçməli olduğu maneələr, dövlət xadimləri və ən əsası qardaşı olan Orxanla qarşıdurması və nəhayət, Bizansın ən məşhur şəhəri olan Konstantinopolun ələ keçirilməsi. Ancaq Məhəmmədin arzusu həyata keçənə qədər çoxları onun yolunda duraraq ona maneə olmağa çalışacaqlar. Aktyor heyəti və obrazlar AktyorObrazİzahat Kənan İmirzalıoğluFateh Sultan Məhəmməd XanVII Osmanlı sultanı.Çetin TekindorÇandarlı Xəlil PaşaOsmanlı baş vəziri.Gürkan UygunDəlibaşFateh Sultan Məhəmmədin fədaisi.Büşra DeveliEleniLukas Notarasın qızı.Hazal Filiz KüçükköseMəlikəÇandarlı Xəlil Paşanın qızı. O, Fateh Sultan Məhəmmədi sevir.Ertan SabanKonstantinBizans imperatoru.Funda EryiğitEvdokyaLukas Notarasın əmri ilə Fateh Sultan Məhəmmədi öldürməyə çalışacaq olan insan.Sedef AvcıLeyla XatunFateh Sultan Məhəmmədin atası IIMuradın cariyəsi.İsmail DemirciŞahzadə OrxanOsmanlı şahzadəsi idi. İstanbulun fəthi zamanı Bizansın tərəfində idi.Atsız KaradumanZağanos PaşaOsmanlı baş vəziri. Fateh Sultan Məhəmmədin Lələsi.Burak TamdoğanXədim Şəhabəddin PaşaOsmanlı vəziri. Fateh Sultan Məhəmmədin Lələsi.Kaan Çakırİshak PaşaOsmanlı vəziri.İdil FıratMara XatunII Muradın arvadı. Fateh Sultan Məhəmmədin ögey anası.Serdar OrçinDimitrios PaleoloqosMorea despotu, Konstantinin qardaşı.Toprak SağlamTeodora AsaninaDimitrios Paleologosun həyat yoldaşı.Yavuz SepetçiLukas NotarasBizans donanmasının Megaduku .Mehmet AtayAkşemsettinFateh Sultan Məhəmmədin tərbiyəçisi.

Yayım təqvimi +MövsümYayım günü və vaxtıMövsümün başlanğıcıFinalÇəkilən bölümlərin sayıBölüm sayı Yayım iliTeleviziya kanalıBirinci mövsümÇərşənbə axşamı 20.0020 mart 2018-ci il1 may 2018-ci il61-62018Kanal D İstinadlar Kateqoriya:Tarixi teleseriallar Kateqoriya:II Mehmed