Qadın sidik kanalı () — qadın orqanizmində sidiyi xaric etmək funksiyası yerinə yetirən sadə quruluşa malik borulu orqan.

Quruluşu Qadın sidik kanalının uzunluğu 2.5–4 sm, diametri 8–12 mm-dir. Qadın sidik kanalının daxili dəliyi () sidiklikdən başlayır, xarici dəliyi () uşaqlıq yolu dəhlizinə açılır. Sidik kanalının selikli və əzələ qişaları vardır. Kanalın selikli qişasında boylama büküşlər və vəzilər yerləşir. Onun arxa divarındakı boylama büküş daraq şəklindədir və sidik kanalı darağı () adlanır. Əzələ qişası daxili boylama və xarici dairəvi qatlardan ibarətdir. Dairəvi qat daxili dəlik nahiyəsində sidikliyin əzələsinə bitişir. Sidik kanalının daxili dəliyi sidikliyin həlqəvi əzələ qatından əmələ gəlmiş büzücü əzələ () ilə əhatə olunmuşdur. Bu əzələ cizgisiz (saya) əzələ toxumasından təşkil olunmuşdur və qeyri-iradidir. Qadın sidik kanalının sidik-cinsiyyət diafraqmasından keçən yerində cizgili (eninəzolaqlı) əzələ toxumasından təşkil olmuş, aralıq əzələlərindən olan sfinkter – sidik kanalını büzən əzələ () yerləşir."İnsan anatomiyası" (3 cilddə, II cild), V. B. Şadlinski; N. T. Mövsümov; Ş. İ. Qasımov; E. Ə. Xıdırov; S. V. Şadlinskaya. "Müəllim" Nəşriyyatı, Bakı, 2020. Səhifə 122.

Yaş xüsusiyyətləri Yenidoğulmuş qızlarda sidik kanalının uzunluğu 0.8–1 sm-ə qədərdir. 13 yaşlı qızlarda tam formalaşır, 16 yaşlı qızlarda sidik kanalının uzunluğu orta hesabla 3.3–4 sm-ə qədərdir."İnsan anatomiyası" (3 cilddə, II cild), V. B. Şadlinski; N. T. Mövsümov; Ş. İ. Qasımov; E. Ə. Xıdırov; S. V. Şadlinskaya. "Müəllim" Nəşriyyatı, Bakı, 2020. Səhifə 125.

Xəstəlikləri

Uretrit Sidik kanalının iltihabına uretrit deyilir.

İstinadlar

Həmçinin baxın Sidik kanalı Kişi sidik kanalı

Kateqoriya:Tibb Kateqoriya:Anatomiya Kateqoriya:Qadın cinsiyyət üzvləri