Emin Milli (Emin Abdullayev) — Azərbaycan insan hüquqları müdafiəçisi, bloqqer. 2012-ci ildə ölkəni tərk etmiş və Almaniyaya köçmüşdür. Bundan sonra Emin Milli Almaniyada yaradılan "Meydan TV" media resursunun rəhbəri kimi fəaliyyət göstərmiş, 2019-cu ildə isə həmin təşkilatla vidalaşmışdır.
Həyatı Emin Milli 1979-cu ildə Bakıda doğulub. Əslən neftçalalıdır. 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib, 2001–2002-ci illərdə Almaniyada oxuyub və Avropa Saarbruecken Hüquq Məktəbində magistr dərəcəsi alıb. 1999–2000-ci illərdə Bakıda Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator, 2002–2004-cü ildə Fridrix Ebert Fondunun Azərbaycan üzrə direktoru işləyib. 2002–2004-cü illərdə Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə hüquqşünası və məsləhətçisi olub. 2005-ci ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının siyasi təhlilçisinin köməkçisi işləyib. "Alumni Network" Gənclər Şəbəkəsinin nümayəndəsi, "ANTV" (Alumni Network TV) şəbəkəsinin təsisçilərindən biridir.
12 ildən sonra Azərbaycana qayıtmışdır.
Həbsləri 2009-cu il iyul ayının 8-də "Ol" Gənclər Hərəkatının həmtəsisçisi olan Adnan Hacızadə ilə birlikdə Bakının Səbail rayonu ərazisində yerləşən "Lebanes" restoranında baş vermiş davada günahkar bilinib, onların barəsində Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Cinayətdə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Emin Milli internet yoxluğundan şikayətçidir 2010-cu il noyabrın 19-də Salyan Rayon Məhkəməsində həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı şikayətinə baxılıb. Məhkəmə azadlığa buraxılması ilə bağlı qərar qəbul edib və məhkəmə zalından azadlığa buraxılıb. Bakıda sülh nümayişlərçilərə qarşı güc istifadə etməyə qarşı aksiyada iştrak etdiyi üçün 2012-ci ilin yanvar ayının 27-də 15 sutkaya həbs olundu.Газета "Həftə-Неделя" (№ 4 (731) 01.02.2013–07.02.2013), "AZƏRBAYCAN" nəşriyyatı.
Həmçinin bax Meydan TV
İstinadlar
Kateqoriya:Azərbaycan bloqqerləri Kateqoriya:İnsan hüquqları aktivistləri Kateqoriya:Azərbaycanlı məhbuslar və məhkumlar Kateqoriya:Azərbaycanda Amnesty International tərəfindən vicdan məhbusu elan edilmiş şəxslər Kateqoriya:Azərbaycandan Almaniyaya mühacirət edənlər Kateqoriya:Azərbaycan aktivistləri Kateqoriya:Azərbaycan demokratiya aktivistləri Kateqoriya:Azərbaycan mühacirləri