Sadhana Şivdasani () — Sadhana kimi də tanınan, hind aktrisası.
1960–1981-ci illərdə kino sənayesində fəal iştirak etmişdir. Rac Xoslanın rejissoru olduğu filmlərdə sirli qadınları canlandırdığı üçün xalq arasında "Sirli Qız" kimi tanınan Şivdasani 1960-cı illərin ortalarından 1970-ci illərin əvvəllərinə qədər ölkədə ən çox qazanan aktrisalar arasında olmuşdur.
Kəraçidə anadan olan Şivdasani və ailəsi Hindistanın parçalanmasından sonra üsyanlar zamanı 7 yaşında ikən Mumbaya köçmüşdür. O, uşaqlığından aktrisa olmağa can atmışdır və təhsilini Jai Hind Kollecində başa vurmuşdur. Shree 420 (1955) filmində diqqətdən kənarda qaldıqdan sonra Şivdasani rejissor Sashadhar Mukherjee tərəfindən kəşf edilmişdir və onu aktyorluq məktəbinə yazdırmış və sonradan ona "Simlada Sevgi" (1960) romantik komediyasında ilk baş rolunu vermişdir. Simlada Sevgi filminin müvəffəqiyyət qazanmasından sonra Şivdasini bir neçə filmdə, o cümlədən Parax (1960) və Əsli-Nəqli (1962), döyüş filmi Hum Dono (1961) və macəra filmi Ek Musafir Ek Haseena (1962) filmlərində özünü sübut etmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:XX əsr aktrisaları