EduExpo — ölkədə və regionda təhsil sahəsinə həsr olunan və aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, eləcə də xaricdə təhsil üzrə konsaltinq şirkətlərini bir araya gətirən irimiqyaslı beynəlxalq sərgidir.

Məqsəd Bu sərgi həm yerli, həm də xarici ali təhsil müəssisələrinə əsas hədəf auditoriyası – şagirdlər və onların valideynləri ilə görüşlərin keçirilməsi, eləcə də işgüzar əlaqələrin qurulması və möhkəmləndirilməsi üçün imkan yaradan unikal platformadır. Təhsil sahəsində ən son nailiyyətlər, innovasiyalar, perspektivli startaplar və təhsil prosesində IT texnologiyalarının tətbiq mexanizmlərini nümayiş etdirmək üçün interaktiv sərgidir.

Tarix

2016 "Təhsil" sərgisində Azərbaycan, Almaniya, Latviya, Litva, Polşa, Macarıstan, İordaniya ölkələri ali təhsil müəssisələrinin, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri ziyarətçiləri təhsil proqramları ilə tanış eldular. Sərgidə milli stendlərlə Polşa ("Go Poland"), Litva ("Study in Lithuania") və Türkiyə (Study in Turkey) çıxış etdilər.

2017 "Education 2017" sərgisinin çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələrin universitet, kollec, ümumi təhsil müəssisələri, təhsil mərkəzləri təqdim olundular.

2019 2019-cu ildə EduExpo sərgisində xarici iştirakçıların sırasında Almaniya, Belarus, Çexiya, İran, İsveç, Qazaxıstan, Latviya, Litva, Macarıstan, Niderland Krallığı, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Türkiyə və Yunanıstanın nümayəndələri yer alıblar. Sərgidə Avropa Birliyinin stendində müxtəlif Avropa ölkələrinin təhsil müəssisələri, dil kursları, tələbə mübadiləsi proqramları təqdim olunub. "EduExpo 2019" sərgisində Azərbaycanın 44 təhsil müəssisəsi təmsil olunub.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycanda sərgilər Kateqoriya:Azərbaycanda təhsil