Əhməd Niyazi bəy (; ) — 1908-ci ildə Gənc türklər inqilabına səbəb olan Osmanlı hərbi və siyasi xadimi, Gənc Türk. Etnik alban olan Niyazi bəy 1908-ci il Gənc türklər inqilabının və 1909-cu il 31 mart əks çevrilişinin yatırılmasının qəhrəmanlarından biri idi, çünki o, hər iki hadisədə baş rol oynayıb. Niyazi bəy həmçinin Resendə tikdirdiyi Fransız üslublu Saraj malikanəsi ilə də tanınır.

Həyatı Əslən alban olan Niyazi bəy 1873-cü ildə müasir Resen qəsəbəsində anadan olub. Hazırda qəsəbə Şimali Makedoniya Respublikasında yerləşir və buna görə də o, Resneli (Resenchanin) ləqəbini daşıyırdı. Hərbi xidmətdə olduğu müddətdə polkovnik-leytenant (kol-ağası) rütbəsinə çatıb. O, İttihad və Tərəqqi partiyasının Bitol komitəsi ilə əlaqəli idi. Niyazı bəy Makedoniya Gənc türkləri arasında fərqlənən nüfuzlu şəxslərdən sayılırdı.Skendi, Stavro (1967). The Albanian national awakening. Princeton: Princeton University Press. p. 355. ISBN 9781400847761. 3 iyul 1908-ci ildə Niyazi bəy rəhbərlik etdiyi özəklə Gənc türklər inqilabının başlanğıcını qoyan II Əbdülhəmid hökumətinə qarşı çıxdı.

Niyazi bəy iyulun 5-də Debar, Prespa, Struqa, Rusen və Ohrid şəhərlərinin xristian əhalisinə müraciət edərək, sultanın mütləqiyyətinə qarşı mübarizədə gənc türklərlə birləşməyə çağırdı. Yane Sandanski Niyazi bəyi dəstəkləyən ilk makedoniyalı oldu.

1909-cu ildə Niyazi bəy Bosniyadan gələn müsəlman qaçqınlara kömək etmək üçün türk kəndlərində mühacir vergisi yığdı.Дебърски глас, година 1, брой 35, 28 ноември 1909, стр. 4..

1911-ci ildə Niyazi bəy Tripolitaniyada İtaliya-Osmanlı müharibəsində iştirak edib. Ölümü Niyazi bəy 1913-cü il aprelin 17-də İstanbula gedərkən Vlore şəhərində Sultanın mühafizəçiləri tərəfindən öldürülür. Mümkün qətlin sifarişçilərinə gəldikdə, müxtəlif versiyalar mövcuddur. İmarəti 250px|thumb|right|Niyazi bəyin inşa etdirdiyi saray, XX əsrin əvvəllərində 250px|thumb|right|Niyazi bəy (solda) və Ənvər bəyin (sağda) yanlarında V Mehmed açıqcası 1904-1912-ci illərdə Şimali Makedoniyanın Resen qəsəbəsində neoklassik üslubda Əhməd Niyazi bəy tərəfindən imarət inşa edilib. Mülahizələrə görə Versaldan poçt kartları qəbul etməyə başladıqdan sonra Fransız stilli əmlak istəyib. Sarayın inşası 1905-ci ildə başlamış və binanın xarici görünüşü Gənc türklər inqilabıından sonra, 1909-cu ildə tamamlanıb. Daxili işlər də daxil olmaqla, qalan hər şey Balkan müharibələrindən və 1922-ci ildə Birinci Dünya müharibəsindən bir neçə il sonra bitib.

Sarayın memarlıq üslubu onu Makedoniyada unikal edir. Hal-hazırda binada muzey, qalereya və kitabxana fəaliyyət göstərir. Resen bələdiyyəsinin yerli əhalisi binanı "Saraj" olaraq adlandırır. Saray neoklassik memarlıq üslubunda inşa edilib. Bina 35 m (114 ft) yüksəkliyindəki hündür hissə və iki pəncərəsi ilə təmailə simmetrikdir. Bir zirzəmi, iki mərtəbə və mansardla birlikdə 7,800 m2 (83,958 ft2) sahəsi var. Binanın xarici divarları 60 santimetr qalınlığındadır. Xüsusilə fasadda zəngin heykəltəraşlıq detalları var. Dam əvvəlcə ağacdan hazırlanmışdı, lakin 1982-ci ildə aparılan təmir işləri zamanı bura polad profillərlə əvəz edilib.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Osmanlı siyasətçiləri