Ser Robert Uilyam "Bobbi" Robson SVE (; 18 fevral 1933, Sakriston, Darem qraflığı — 31 iyul 2009) — İngiltərə futbolçusu və futbol məşqçisi.
Həyatı Bobbi Robson 20 oyun keçirib 4 qol vurduğu yığmaya 1982–1990-cı illərdə rəhbərlik edib. Futbolçu kimi "Fulhem" və "Vest Bromviç"də forma geyinən ingilis 1968-ci ildə başladığı məşqçi karyerasının birinci klubunda başlayıb. 1969-cu ildə "İpsviç"ə keçən gənc məşqçi ardıcıl 13 il sükanı arxasında olduğu komandaya İngiltərə və UEFA kuboklarını qazandırıb.
Sonrakı 8 ildə milli komandaya rəhbərlik edən Robson dünya və Avropa çempionatlarında fərqli nəticələr qazanıb. DÇ-86-nın 1/4 finalında Dieqo Maradonanın "Tanrı əli"nin qurbanı olan ingilis 4 il sonra üçüncü yer uğrunda matçda İtaliyaya uduzub. Qitə birinciliklərində isə onun yetirmələri uğura həsrət qalıb.
İngiltərə yığmasından sonra klublarda çalışan Robson ümumilikdə 41 il sürən məşqçilik karyerasının sonunadək PSV (Hollandiya), "Sportinq", "Porto" (Portuqaliya), "Barselona" (İspaniya) və "Nyukasl"da (İngiltərə) da işləyib. Hollandiya və Portuqaliyada çempion, İspaniya və Portuqaliyada ölkə kuboku qazanan Robson 12 il əvvəl "Barselona"ya Kuboklar kubokunu qazandırıb. Onun son iş yeri isə İrlandiya yığmasıdır. Robson 2006-07-ci illərdə bu komandada məsləhətçi işləyib.
Dünya futbolunun əfsanələrindən olan Bobbi Robson 2009-cu ildə - 76 yaşında vəfat edib.
Mənbə Bobbi Robson vəfat etdi
Robson Robson Robson Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:Fulhem FK futbolçuları Kateqoriya:La Liqa məşqçiləri Kateqoriya:Vest Bromviç Albion FK futbolçuları Kateqoriya:İngiltərənin Futbol Şöhrət Zalının üzvləri Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:1962 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası məşqçiləri Kateqoriya:İngiltərə futbol məşqçiləri Kateqoriya:Nyukasl Yunayted FK məşqçiləri Kateqoriya:UEFA Avropa Kubokunun qalib məşqçiləri Kateqoriya:Barselona FK məşqçiləri Kateqoriya:1958 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İngiltərə milli futbol komandasının oyunçuları Kateqoriya:Portu FK məşqçiləri Kateqoriya:Sportinq Lissabon FK məşqçiləri Kateqoriya:Ağciyər xərçəngindən ölənlər Kateqoriya:Cəngavərlik tituluna layiq görülmüş futbol şəxsləri Kateqoriya:"Britaniya imperiyası" ordeni komandorları Kateqoriya:Erediviziya məşqçiləri Kateqoriya:"BBC Sports Personality Lifetime Achievement Award" mükafatının sahibləri Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Cəngavər bakalavrları