Bornun mirası () — Ceyson Born film seriyasının spin-offu olan Tony Gilroy tərəfindən çəkilmiş döyüş filmidir və bu filmdəki hadisələr əvvəlki filmdəki hadisələrə paralel baş verir. Baş qəhrəman Aaron Kross rolunu Ceremi Renner canlandırmışdır. Film Erik Van Lastbaderin (Amerika yazıçısı Robert Ludlumun Ceyson Born seriyasını davam etdirən yaziicy) eyniadlı kitabının şərəfinə adlandırılmışdırsa da, həmin kitabdakı hadisələrə əsaslanaraq çəkilməmişdir.

Süjet xətti

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş muzdlusu Ceyson Bornun sərgüzəştləri hələ başa çatmayıb. Born həddindən artıq təhlükəli olduğundan təşkilat ondan əl çəkmək fikrində deyil. Ancaq bu dəfə “Tredstoun layihəsi deyil, onunla əlaqəli olan “tam məxfi” möhürlü başqa layihədən danışılır. MKİ-nin sözügedən bölməsi haqqında məlumatların kütləvi informasiya vasitələrinə sızmasından sonra təşkilat onların fəaliyyətinə işarə edən bütün dəlilləri, o cümlədən insanları bir-bir aradan götürür. Adı “qara siyahıda” olan keçmiş məxfi agent Aaron Kross sağ qalmaq üçün bu mexanizmə qarşı mübarizəyə başlayır. Bu işdə ona bilavasitə layihədə iştirak edən cazibədar həkim Marta Şerinq köməkçi olacaq.

İstinadlar

Kateqoriya:2012-ci ilin ABŞ filmləri Kateqoriya:Çikaqo haqqında filmlər Kateqoriya:Vaşinqton şəhəri haqqında filmlər Kateqoriya:Banqkok haqqında filmlər Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Mərkəzi Kəşfiyyat İdarəsi haqqında filmlər Kateqoriya:ABŞ-nin macəra filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Film spin-offları Kateqoriya:Dronlar haqqında filmlər Kateqoriya:Ceyms Nyuton Hovardın film musiqiləri Kateqoriya:Relativity Media filmləri Kateqoriya:2012-ci ilin döyüş filmləri Kateqoriya:ABŞ-nin cəsus filmləri Kateqoriya:The Kennedy/Marshall Company filmləri