Zolingen faciəsi və ya Zolingen qətliamı — 29 may 1993-cü ildə Almaniyanın Zolingen şəhərində türk əsilli Gənc () ailəsinin evinin neonasistlər tərəfindən yandırılması və beş ailə üzvünün ölümü ilə nəticələnən hadisə. 29 may 1993-cü ildə Zolingendə baş verən hadisədə 4 radikal sağçı alman Gənc ailəsinin evini yandırmış, ailənin 5 üzvü hadisədə həyatını itirmişdi. Gənc ailəsindən həyatını itirənlər: Gürsün İncə, Xədicə, Hülya, Saimə Gənc və Gülüstan Öztürk. link=//upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6b/Solingen_-_Untere_Wernerstra%C3%9Fe_81_05_ies.jpg/300px-Solingen_-_Untere_Wernerstra%C3%9Fe_81_05_ies.jpg|right|thumb|300x300px|Mərhumların xatirəsinə hazırlanmış lövhə Hadisənin baş verdiyi ərazi muzeyə çevrilib. Hər il hadisənin baş verdiyi tarixdə türklərin yaşadığı müxtəlif Avropa ölkələrində və Almaniyada anım mərasimləri keçirilir. Türk-Alman Sağlamlıq Vəqfi tərəfindən 2008-ci ildən etibarən "Gənc" mükafatı verilir.
Populyar mədəniyyətə təsiri Almaniyada yaşayan türklərin qurduğu Cartel musiqi qrupu tərəfindən 1995-ci ildə yayımlanan "Cartel" mahnısının klipində də bu qətliamdan görüntülər və xəbərlər yer alıb.
İstinadlar
Xarici keçidlər Zolingen faciəsi sənədləri — 30 iyul 2013-də arxivlənib
Kateqoriya:Neonasizm Kateqoriya:Nifrət cinayətləri Kateqoriya:Qəsdən yandırma Kateqoriya:1993-cü ildəki hadisələr Kateqoriya:Almaniyada cinayətkarlıq Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri