Hillari Nelson () — Amerikalı xizəkçi alpinist. Nelson 25 may 2012-ci ildə 24 saatlıq təkanla iki 8000 metrlik zirvəyə (Everest və Lhotze) qalxan ilk qadın olub.
Həyatı Nelson 13 dekabr 1972-ci ildə Sietl şəhərində anadan olub və burada böyüyüb. İlk dəfə üç yaşında olarkən Stivens keçidində xizək sürməyə başlayıb. O iki oğlu ilə bərabər Telluride Koloradoda yaşayırdı. O The North Face qlobal atletik komandasının vəzifəsində çalışıb. 2012 Montana Dövlət universitetinin Everest Təhsil Ekspedisiyasında komanda üzvü idi. Nelson National Geographic Explorers qrant alıcısıdı və 40-dan çox ekspedisyada üzv olub.
Ölümü 26 sentyabr 2022-ci ildə 49 yaşlı Nelson həmkarı Cim Morrisonla Manaslu dağının 8163 metrlik zirvəsində xizək sürərkən dağdan yıxılıb. Pis hava şəraitinə görə Nelsonun axtarışı iki gün davam edib. Sentyabrın 28-də onun cəsədi Manaslu dağının cənub tərəfindəki Thulagi buzlaqın üstündə tapılıb. Nelsonun cəsədi 2 oktyabr 2022-ci ildə Katmanduda basdılırıb.
Filmoqrafiya Lhotse
Heç bir şey
Denali Təcrübəsi
Mümkün olmayan eniş
İstinadlar
Kateqoriya:Dağa dırmaşarkən ölənlər Kateqoriya:Everesti fəth etmişlər