Cənnət qapısı () — Florensiya vəftizxanasının Santa Maria del Fiore kafedralı ilə üzbəüz yerləşən əsas giriş qapısı; qapı vəftizxananın şərq fasadında olduğuna görə həm də "Şərq qapısı" adlandırılır. 1425-1452-ci illərdə italyan heykəltaraş və zərgər Lorenzo Giberti tərəfindən yaradılmış (oğlu Vittore Gibertinin aktiv iştirakı ilə) "Cənnət qapısı" sənətkarın şah əsəri, Florensiya intibahının ən məşhur nümunələrindən biridir. Tamamilə qızıl suyuna çəkilmiş qapı Mikelancelo Buonarroti tərəfindən "Cənnət qapısı" () adlandırılmışdır.

Cənnət qapısının 1966-cı ildə Arno çayının daşması zamanı zədələnmiş orijinal plastinləri bərpa edildikdən sonra qonşuluqdakı Opera-del-Duomo muzeyində saxlanılmaqdadır.

Tarixi 200px|thumb|left|Cənnət qapısının arxa tərəfinin ilkin dizayn əsasında hazırlanmış iyirmi səkkiz lövhə təsvirli dizaynı. Florensiya vəftizxanasının cənub fasadında yerləşən ilk qapısı 1336-cı ildə Andrea Pizano tərəfindən hazırlanmış və quraşdırılmışdır. 1401-ci ildə vəftizxananın şimal qapısının hazırlanması üçün müsabiqə keçirilmiş, Filippo Brunelleski də daxil olmaqla, bir çox sənətkarın iştirak etdiyi müsabiqədə Lorenzo Giberti qalib gəlmişdir. 1424-cü ildə Giberti tərəfindən hazırlanmış qapılar vəftizxananın şimal fasadında quraşdırılmış, bundan sonra, işin keyfiyyətindən razı qalan şəhər şurası, vəftizxananın Santa Maria del Fiore kafedralına yönələn və əsas hesab edilən şərq fasadında qapının hazırlanması işi də yenicə Venesiyadan qayıtmış Gibertiyə həvalə edilmişdir (müqavilə 2 yanvar 1425-ci ildə imzalanmışdır). Sənətkarın işləməli olduğu mövzular respublika kansleri və dövrün böyük humanisti olan Leonardo Bruni tərəfindən Əhdi-ətiq mövzuları arasından seçilmiş, lakin, Gibertiyə seçilmiş mövzuları müstəqil təfsir etmək imkanı verilmişdir.Humanist tərəfindən yazılmış və Yun Gildiyası tərəfindən işlərin təşkili üçün təyin edilmiş komissiyaya ünvanlanmış, Nikkola da Uzzanonun da xatırlandığı məktub dövrümüzə çatmışdır. (Brunetti, səh.38) İlkin plana görə qapının dizaynı vəftizxananın digər qapılarının dizaynına uyğun olaraq iyirmi səkkiz paneldən təşkil olunmalı və onlardan ən aşağı hissədə yerləşən səkkiz panel peyğəmbərlərin tək təsvirləri ilə bəzədilməli idi.Il museo dell'Opera..., cit., p. 174. Yeni dizaynın ideyası sənətkara qapı üzərində aktiv iş prosesinin getdiyi zaman gəldiyinə görə, qapının arxa hissəsində indi də iyirmi səkkiz kvadratdan təşkil olunmuş arxalıq dizaynını görmək mümkündür.

Həmin illərdə daha çox iri ölçülərlə (Siena vəftizxanasının panelləri, Müqəddəs Zenobiya məzar daşı və sair) işləməyə üstünlük verən Giberti, arakəsmələrin sahəsini mümkün qədər azaltmış, panellərin sayını azaltmaqla formatı böyütmüş, köhnəlmiş kvadrifoli forması yerinə isə kvadrata üstünlük vermişdir. Yeni ideya hər kəs tərəfindən bəyənilmiş və yeni ikonoqrafik planın hazırlanması üçün Kamaldul Ordeninin generalı Ambroco Traversariyə müraciət edilmişdir. Kozimo de Mediçinin hamiyilində olan Ambroco Traversari həmin dövrdə Florensiyada yunan dilini bilən və qapının hazırlanmasında istifadə edilmiş mövzuları oxuyaraq tərcümə etməyi bacaran yeganə adam idi. Ehtimal ki, bu plan dəyişikliyi 1435-ci ildə - Kozimo de Mediçinin sürgündən Florensiyaya qayırdığı zaman baş vermiş və "İosif haqqında hekayə"nin təsvir edildiyi panel də bu hadisəyə işarə edir.

Sənətkar qapı üzərində işı başlamasından bəhs edərkən “Qeydlər” (orijinalda ) adlı kitabında yazır ki, “Mənə icazə verildi onu [qapını] elə planlaşdırım ki, daha mükəmməl, bəzəzkli və zəngin görünsün”, yəni xərclərə məhdudiyyət qoyulmamışdı.

Eyni zamanda sifarişin icra müddətində də məhdudiyyət qoyulmamasını sənətkar belə ifadə edir: “nəticədə bu hamiləlik 27 il vaxt tələb etdi.” Yalnız 1452-ci ildə 70 yaşlı Giberti qapının son bürünc panelini yerləşdirdi. Uzun illər ərzində qapının hazırlanması işində Gibertiyə kömək edənlər və tələbələr dəyişir, eyni zamanda sonradan məşhurluq qazanmış bir sıra sənətkarlar da prosesdə iştirak edirdilər; sənətkarın övladları Vittore və Tommazo Goberti ilə yanaşı “Cənnət qapısı”nın hazırlanmasında Luka della Robbia, Donatello, Mikeloçço di Bartolomeo (təxm. 1436-cı ildən 1442-ci ilə kimi), Benoçço Qoççoli (təxm. 1442-ci ildən) və Bernardo Çennini kimi sənətkarlar da Gibertiyə kömək etmişlər. 205px|thumb|left|"İosif haqqında hekayə"dən fraqment. Bu paneldə Kozimo de Mediçinin sürgündən Florensiyaya qayıtmasına işarə edilir. Opera-del-Duomodakı zəngin sənədləşdirmə işlərin sintetik xronologiyasını tərtib etməyə imkan vermişdir: 1429-cu ildə qapılar və qapı çərçivələri tökülmüşdür, 1439-cu ildə 10 paneldən 5-i hazır edilmişdir; 1443-cü ildə daha bir panel hazırlanmışdır, 1447-ci ilə kimi isə daha dörd panel təhvil verilmişdir. İşin son mərhələlərində sənətkarın oğlu Vittorenin rolu daha vacib olmuşdur; 1448-ci ildən sonra əlavə dekorativ detalların işlənməsi qalırdı, 1451-ci ildə ata və oğula əlavə köməkçilər işə almağa icazə verilmişdi ki, bu da son mərhələdə işlərin sürətləndirilməsini təmin etmişdi. Uzun illər davam edən işlərdən sonra, nəhayət ki 1452-ci ildə qapının təntənəli açılış mərasimi baş tutmuşdur. Nəticə gözləntilərdən o qədər yüksək olmuşdur ki, qapının kafedralla üzbüz xüsusi hissədə (Paradisium adlandırılır) yerləşdirilməsinə qərar verilmiş, Giberti tərəfindən hazırlanmış digər qapı isə vəftizxananın şimal tərəfində yerləşdirilmişdir. Hər iki qapı bu gün də ilk quraşdırıldığı yerdə qalmaqdadır.

Növbəti ilin aprelində “Arte della Lana” adlı yun gildiyası Lorenzo və Vittore Giberti qardaşlarına borclu olduqları 250 florin əvəzinə Santa Mariya-Nuova xəstəxanası yanında yerləşən binanın qapılarını hazırlamağı təklif edir və qardaşlar bu layihə üzərində də birlikdə çalışırlar.

Ehtimal ki, “Cənnət qapısı” adı yerin qədim adı ilə əlaqəlidir; lakin, Vazari başqa bir versiya təqdim edərək adı Mikelancelo ilə əlaqələndirir. Vazarinin məlumatına görə, qapıları ilk dəfə görə Mikelancelo “qapılar o qədər gözəldilər ki, Cənnətin giriş qapısı belə ola bilərlər”Bu, əfsanə xarakterli məlumat deyildir, çünki, Vazarinin haqqında məlumat verdiyi müəlliflər özləri haqqında məlumatı oxuyaraq təsdiq edirdilər. demişdir. Vazari özü də qapıları tərifləmişdir: “Ağırlığı, zərifliyi və füsünkarlığı ilə seçilən, qədim dövrdən bu zamana kimi yaradılmış dünyanın ən gözəl sənət əsəri.”Le Vite, 1568.

Qapılar əsrlər boyunca yerində qalmış və istifadə edilmiş, Giberti tərəfindən həyata keçirilmiş yüksək sənətkarlıq keyfiyyətinə görə bərpa işlərinə ehtiyac olmamışdır. Əsrlər boyunca hətta qapıların yenidən qızıl suyuna çəkilməsinə belə ehtiyac olmamışdır. 1772-ci ildə Anton Rafael Menqs qapının təmizlənməsini təklif etsə də, Qrandukali Qalereyasının direktoru Raymondo Kokki ehtimal ki, o zaman Gibetinin şəxsiyyətinə olan marağın azalmasına görə, təmizlənmə təklifini rədd etmişdir ki, bu da şah əsərin əlavə müdaxiləsiz saxlanmasını təmin etmişdir.Brunetti, cit., p. 26. Lakin, XVIII əsrdə qapılara tünd lak çəkilmiş və beləliklə də neoklassik dövrdə rəğbətlə qarşılanmayan gözqamaşdıran parlaqlıq aradan qaldırılmışdır. XIX əsrdə Cənnət qapısından ilhamlanan Ogüst Roden onun tam əksi olan “Cəhənnəm qapısı”nı yaratmışdır.

1943-cü ilə aid arxiv fotosunda qapının rənginin hələ də tünd olduğu görünür. Elə həmin il bombalanma təhlükəsindən qorumaq üçün qapı sökülərək Florensiya və İnçiza-in-Val-d’Arno arasındakı yeraltı tuneldə gizlədilir. Müharibədən sonra Bruni Bearzinin rəhbərliyi ilə qapıda ilk bərpa işləri aparılır. Restavratorlar hidroksid natriya qarışımının köməkliyi ilə 1452-ci ilin qızılı səthini üzə çıxarmağa müvəffəq olurlar. 1946-cı ildə bu məlumat qəzetlərdə dərc olunur, qısa müddət sonra isə xəbər Avropa və dünyanın bir sıra aparıcı nəşrlərinin diqqət mərkəzinə düşür.

24 iyun 1948-ci ildə müqəddəs şəhər hamisi günündə qapılar yenidən vəftizxanaya qaytarılır, lakin 1966-cı ildə su basqınından ziyan görürlər.

Restavrasiyası 230px|thumb|right|2005-ci ildə Cənnət qapısının panellərindən birinin bərpası 1966-cı ildə daşqın zamanı suyun təzyiqi ilə qapılar açılır, doqquz paneldən altısı isə çərçivəsindən qopur. Bundan sonra lövhələr təmizlənərək ilkin halına salınır və yenidən yerlərinə yerləşdirilir. Bu zaman müəyyən edilir ki, atmosfer faktoru və ətraf mühitin çirklənməsi lövhələrin ciddi erroziyaya uğramasına səbəb ola bilər, səthdə əmələ kələn oksidlər isə qızıl suyuna çəkilmiş təbəqəni məhv edir.

Bundan sonra qapının əsaslı restavrasiyasının həyata keçirilməsinə qərar verilir və bu iş Yarı-qiymətli daşlar emalatxanasına həvalə olunur. Emalatxana restavrasiya işinə daşqın zamanı yerindən çıxmış altı lövhənin bərpası ilə başlayır. 1990-cı ildə dörd lövhə üzərində işin tamamlanmasından sonra qapı tamamilə yerindən çıxarılaraq emalatxananın anbarına gətirilir, onun yerində isə müasir kopyası quraşdırılır. Sun Motoyama adlı Yaponiya korporasiyasının dəstəyi ilə hazırlanmış həmin müasir kopyanı indi də vəftizxananın əsas girişində görmək mümkündür. Kopyanın hazırlanması zamanı tökmə işləri “Marinelli” şirkəti tərəfindən, qızıl suyuna çəkilmə isə Paris mənşəli “Chardon & Fils” şirkəti tərəfindən həyata keçirilmişdir. Qızıl suyuna çəkilmə zamanı qalvanika metodundan istifadə olunsa da, proses zamanı yaranan zəhərli buxara görə ənənəvi və təhlükəli olan civəli amalqama qadağan olunmuşdur.

Təmizlənmə zamanı müəyyən edilmişdir ki, görünən qızıl suyu əhəmiyyətli dərəcədə zərər görüməmişdir və orijinaldır; bu isə parlaq səthin restavrasiya nəticəsi olması haqqında nəzəriyyəni heçə çıxarır.

Bərpa edilmiş lövhələr tədricən Opera-del-Duomo muzeyində xüsusi azotlu vitrinlərdə nümayiş etdirilməyə başlamış, sonuncu panel daşqından 40 il sonra – 2006-cı ilin noyabrında bərpa edilərək ictimayətə təqdim olunmuşdur.

2012-ci ildə qapının restavrasiyası tamamilə başa çatdırılmış və portal yenidən Opera-del-Duomo muzeyində yığılmışdır. Sərgi 8 sentyabr 2012-ci ildə - Opera-di-Santa-Mariya-del-Fyore günü açılmışdır.

Təsviri Çərçivələr 190px|thumb|right|Qapı çərçivələrində təsvir edilmiş peyğəmbər fiqurları Qapıların hər biri yanlardan iki, aşağı və yuxarı hissədən isə bir ədəd qızıl suyuna çəkilmiş lentlə çərçivələnmişdir. Künclərdən lentlər içərisində baş qabartmaları olan dörd kvadratla birləşdirilmişdir. Horizontal lentlərin hər birinin içində bir Bibliya personajı və ya peyğəmbəri uzanmış formada təsvir edilmişdir, vertikal lentlərin içində isə beş yuva edikulunda ümumilikdə 24 personaj təsvir olunmuşdur. Bundan əlavə, edikullar arasında peyğəmbərlər və sibillərə həsr olunmuş da dörd qabarıq kəllə fiquru vardır ki, bunlar da künclərdəki kəllə qabartmaları ilə birlikdə iyirmi dörd fiqur əmələ gətirir. Təxminən göz hündürlüyündə, mərkəzdə Giberti öz baş avtoportretini yerləşdirmişdir.

Beləliklə hər qapı lövhəsinin iki vertikal sırası dörd lentlə çərçivələnmiş beş səhnəyə malikdir. Bunlar ümumilikdə Bibliya fiqurları ilə bəzədilmiş 24 kiçik niş və büstvari qabartmaları olan 24 medlayona malikdir ki, onlardan da birində Gibertinin avtoportreti vardır.Il museo dell'Opera..., cit., p. 177.

Sol qapı lövhəsində, “İsaakın hekayəsi” və “Moiseyin hekayəsi” səhnələri arasında köhnə hərflərlə yazılmış müəllif imzası vardır; çevirilmiş “N” hərfindən sonra yazılır: “LAUREITII CIOIS DE GHIBERTIS ”; digər qapı lövhəsində eyni hündürlükdə yazı davam edir: “MIRA ARTE FABRICATUM ”.

Qapı çərçivələri və arxitavrlar bitki və keyvan təsvirlərindən hazırlanaraq qızıl suyuna çəkilmiş girlyandlarla bəzədilmişdir. Girlyandların kompozisiyasında çəyirtkə, qurbağa, cırcırama və müxtəlif sürünənlər istifadə olunub və bu Plinidən götürülmüş və Gibertinin “Qeydlər”ində də istinad edilən maarifləndirici hekayələri xatırladır; Roma tarixçisinin sözlərinə görə qədim dövrün böyük dəmirçisi Miron cırcırama və çəyirtkəyə həsr olnmuş heykəl hazırlamışdı; sürünən Praksitelin məşhur heykəli “Sürünəni öldürən Apollon” heykəlində təsvir olunub; Romadakı Oktavi portikinin memarları imzalarını “Batrachos” və “Sauros” kimi qeyd ediblər ki, bu da müvafiq olaraq qurbağa və sürünən kimi tərcümə olunur.

Panellər