Yelena Tevdoradze (; ) — Gürcüstan siyasətçisi, müəllimi və Gürcüstan parlamentinin keçmiş üzvü.

Həyatı Tevdoradze 5 sentyabr 1938-ci ildə Tbilisidə anadan olmuşdur. O, 1960-cı ildə Tbilisi Xarici Dillər İnstitutunun Alman dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Tevdoradze 1962–1963-cü illərdə Rustavi şəhərində orta məktəb müəllimi, 1963–1965-ci illərdə yerli komsomolun rəhbəri olmuşdur. O, 1972-ci ildə Tbilisi 3 saylı məktəbin direktor müavini, 1975-ci ildə isə Tbilisinin 90 saylı məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir.თევდორაძე ელენე

Tevdoradze 1993-cü ildən 2003-cü ildə qurum ləğv olunana qədər Gürcüstan Vətəndaşları İttifaqının üzvü olmuşdur. O vaxtdan Vahid Milli Hərəkatın üzvüdür. O, 1995–2008-ci illərdə Gürcüstan parlamentinin üzvü olmuş, 2004–2013-cü illərdə Əfv üzrə Dövlət Komissiyasının prezidenti olmuşdur."ნაციონალური მოძრაობის" ყოფილი წევრი პარტიის დანაშაულებრივ რეჟიმად გამოცხადებას მხარს უჭერს O, həmçinin 2004-cü ildə reintreqasiya işləri üzrə nazir müavini olmuşdur.ელენე თევდორაძე

Tevdoradze 2008-ci ildə Gürcüstanda parlamentin inkişafına və insan hüquqlarının müdafiəsinə verdiyi şəxsi töhfəyə görə "Şərəf" ordeni ilə təltif edilmişdir.ელენე თევდორაძე ღირსების ორდენით ჯილდოვდება

İstinadlar

Kateqoriya:Gürcüstan siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Qadın siyasətçilər Kateqoriya:Gürcüstan parlamentinin deputatları