Şah İsmayıl Xətai metrostansiyası — Bakı metrosunda stansiyadır. 1968-ci il 22 fevral tarixində "Stepan Şaumyan metrostansiyası" adı ilə fəaliyyətə başlayıb. Bakı Metropoliteninin ən dərin stansiyasıdır. Buradan qatarlar yalnız Cəfər Cabbarlı stansiyasına hərəkət edir və geri qayıdır. Gələcəkdə Yaşıl xəttin tamamlanması nəticəsində bu stansiya Dərnəgül stansiyasına birləşdiriləcək.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bakı metropoliteninin stansiyaları Kateqoriya:1968-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Şah İsmayıl Xətainin şərəfinə adlandırılmış yerlər