thumb|300px|Cəbrayıl qəzası 1 yanvar 1903-cü illər xəritəsi. Qaraxanbəyli Qaraxanbəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Qaraxanbəyli kəndin əsasını qoymuş elin adıdır. Naxçıvan bölgəsində Qaraxanbəyli kənd adı ilə mənşəcə eynidir. Qarabağ xanlığının banisi Pənahəli xanın Naxçıvandan Qarabağa köçürüb gətirdiyi Kəngərli tayfalarından biri də Qaraxanbəyli tayfası idi. Qarabağda bu el Rəhimli,Qacarlı, Məhəmmədli, Eynəddinli, Məşədi Əhmədli,Necəfli və Qaradağlı tirələrindən ibarət olmuşdur. 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir.
Toponimikası Qaraxanbəyli oyk., sadə. Babək r-nunun Cavidabad i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsini kəngərli tayfasının qaraxanbəyli tirəsi saldığı üçün belə adlanmışdır. Tirənin başçısı XVIII əsrin əvvəllərində Qaraxan bəy adlı bir nəfər olmuşdur. XVIII əsrin ortalarında Qarabağ xanlığının banisi Pənahəli xan qaraxanbəylilərin bir hissəsini Qarabağa köçürmüşdü; Köndələnçayın (Arazın qolu) sahilində, düzənlikdədir. Yaşayış məntəqəsi XVIII əsrdə Pənahəli xanın Naxçıvandan Qarabağa köçürdüyü kəngərlilərin qaraxanbəyli tayfasının məskunlaşması nəticəsində yaranmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Həmçinin bax Füzuli rayonu
İstinadlar
Xarici keçidlər
Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
Kateqoriya:Füzuli rayonunun kəndləri