Dilbər Gülyamovna Əbdürrəhmanova (; ) — SSRİ və Özbəkistan dirijoru, skripkaçı, pedaqoq, SSRİ xalq artisti (1977). Özbəkistanda ilk qadın dirijor.
Həyatı 1 may 1936-cı ildə Moskvada anadan olmuşdur. 1948–1955-ci illərdə R. Qlier adına Daşkənd Musiqi Məktəbinin (indiki R. Qlier adına Respublika Xüsusi Musiqi Akademik Liseyi) skripka sinfində oxumuş, eyni zamanda 110 saylı riyaziyyat məktəbində təhsil almışdır. 1959-cu ildə Daşkənd Dövlət Konservatoriyasında (indiki Özbəkistan Dövlət Konservatoriyası) B. Titel yanında skripka sinfini, 1960-cı ildə opera və simfonik dirijorluq şöbəsində Muxtar Əşrəfinin sinfini bitirmişdir. Özbəkistan Dövlət Konservatoriyasında opera ifaçılığından professor kimi dərs demişdir. 1965-ci ildən Sov.İKP üzvüdür. O, 20 mart 2018-ci ildə, 82 yaşında Daşkənddə vəfat etmişdir. "Minor" qəbiristanlığında dəfn edilmişdir.
Təltif və mükafatlar Özbəkistan SSR xalq artisti (1969) Özbəkistan SSR Həmzə adına Dövlət mükafatı (1973) SSRİ xalq artisti (1977) "Xalqlar dostluğu" ordeni (1986) "Mehnət şöhrəti" ordeni (2001, Özbəkistan) "Fədakaranə xidmətləri üçün" ordeni (2012, Özbəkistan)
İstinadlar
Xarici keçidlər
Абдурахманова Дильбар Гулямовна // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978.
Kateqoriya:Qadın dirijorlar Kateqoriya:SSRİ dirijorları Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:SSRİ klassik musiqiçiləri Kateqoriya:XX əsr skripkaçıları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri