– Yaponiya dəb dizayneri. Yaponiya imperator evi üçün dizayn etdiyi geyimlərə görə tanınır. Onun ikinci qızı Tae Aşida da dəb dizayneridir.

Həyatı Cun Aşida 1930-cu ildə Yaponiyanın hakimiyyəti altında olan Koreyada həkim ailəsində doğulmuşdur. O, səkkizuşaqlı ailənin ən kiçik üzvü olmuşdur. Aşida orta təhsilini tamamlamaq üçün Yaponiyada qayıtmış, İkinci dünya müharibəsindən əvvəl ABŞ-dən qayıdan böyük qardaşının və onun həyat yoldaşının geyimlərini gördükdən sonra dəb dizayneri olmaq qərarına gəlmişdir. O, rəssam və dizayner Cuniçi Nakaharanın tələbəsi olmuşdur. 1960-cı ildə Takaşiyama alış-veriş mərkəzində və "Teijin" parça şirkətində məsləhətçi dizayner kimi işləməyə başlamışdır. 1963-cü ildə öz brendini yaratmışdır.

Aşida ilk kolleksiyasını 1964-cü ildə Tokioda təqdim etmişdir. Şahzadə Tsuqu üçün dizayn etdiyi kostyum bəyənildiyinə görə 1966-cı ildə Şahzadə Miçikonun eksklüsiv dizayneri təyin edilmiş və on il bu vəzifədə qalmışdır. O, 1993-cü ildə Şahzadə Masakonun toyu üçün axşam geyimi dizayn etmişdir.

1977-ci ildə Paris dəb şousunda Aşidanın kolleksiyası nümayiş etdirilmişdir. 1989-cu ildə Parisdə öz mağazasını açmışdır. 1994-cü Hiroşima şəhərində keçirilmiş Asiya oyunları və 1996-cı ildə Atlanta şəhərində keçirilmiş Olimpiya oyunları zamanı Yaponiya milli komandaları üçün, eləcə də, All Nippon Airways və Imperial Hotel üçün formalar dizayn etmişdir. 2018-ci ildə pnevmoniyadan ölmüşdür.

Mükafatları Aşida 1971-ci ildə Dəb Redaktoru Klubu Mükafatı, 1991-ci ildə "Bənövşəyi lent" medalı və 2006-cı ildə "Doğan günəş" ordeni ilə təltif olunmuşdur. O, Fransa, İtaliya, Lüksemburq kimi ölkələrin beynəlxalq mükafatlarına layiq görülmüşdür.

Yazıları

İstinadlar

Xarici keçidlər Brendinin rəsmi saytı

Kateqoriya:Yaponiya modelyerləri Kateqoriya:"Doğan günəş" ordeni ilə təltif edilənlər