Clairo (Kler Elizabet Kottrill; ) — amerikalı müğənni-bəstəkar. Corciya ştatının Atlanta şəhərində anadan olub və Massaçusets ştatının Karlayl şəhərində böyüyüb, 13 yaşında internetə musiqi yerləşdirməyə başlayıb.

Clairo 2017-ci ildə "Pretty Girl" adlı lou-fay sinqlının musiqi videosu sayəsində məşhurlaşdı. Bunun ardınca 2018-ci ildə Fader Label ilə müqavilə bağlayaraq ilk minialbomu "Diary 001"-ı buraxdı. Onun 2019-ci ildə yayımladığı ilk studiya albomu "Immunity" müsbət şərhlər qazandı, "Bags" və "Sofia" ən çox bəyənilən sinqllar oldu. Clairo-nun ikinci studiya albomu, "Sling" 2021-ci ildə işıq üzü gördü. Albom buraxıldıqdan sonra kommersiya uğuru qazandı, ABŞ Billboard 200-də ilk 20-də yekunlaşdı.

Həyatı Kler Kottrill Corciya ştatının Atlanta şəhərində anadan olub və Massaçusets ştatının Karlayl şəhərində böyüyüb. O, marketinq icraçısı Ceff Kottrillin qızıdır.

Diskoqrafiya Immunity (2019) Sling (2021) Charm (2024)

İstinadlar

Kateqoriya:Sirakuz Universitetinin məzunları Kateqoriya:LGBT mahnı yazarları Kateqoriya:NME Awards laureatları Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:İndi-pop musiqiçiləri