Şürəhbil ibn Həsənə (; ) — ərəb hərbi lideri, İslamı ilk qəbul edənlərdən biri, Məhəmmədin səhabəsi, müsəlmanların Suriya və Fələstini ələ keçirməsi zamanı döyüşlərdə iştirak etmiş əsas komandirlərdən biri.

Həyatı Mənşəyi Gələcək komandirin erkən həyatı, o cümlədən onun Məkkədə və ya Ərəbistanın başqa bir yerində doğulması haqqında çox az şey məlumdur. Atası Abdullah ibn Mutə ibn Əmr idi. Onun haqqında demək olar ki, heç nə məlum deyil. Lakin erkən ərəb mənbələrində onun hansı qəbilədən olması ilə bağlı müxtəlif fərziyyələr var. Məsələn: əl-Əsqəlani yazır ki, o, Bənu Təmimlə yaxın qohum olan şimal ailəsindəndir. Digər ərəb mənbələri onu Bənu Kində, Əzdilər, Himyərilər və ya Bənu Mədhic, yəni Ərəbistan yarımadasının cənubunda olan qəbilələrlə əlaqələndirirlər. Şərqşünas Yar Perlmanın fikrincə, ikinci variant daha inandırıcı və məntiqlidir. O, xüsusilə qeyd edir ki, Şürəhbil adına yarımadanın cənubunda daha çox rast gəlinir. Şürəhbil nəsəb olaraq anası Həsənin adından istifadə edirdi. Onun vasitəsilə o, Məkkəli Qureyş qəbilələri olan Zöhrə və Cümmə ilə qohum oldu. Eyni zamanda, qadının özü də mənşəcə ya efiopiyalı, ya da Adulis şəhərinin (müasir Eritreya) yerlisi, ya da yəmənli, ehtimal ki, Himyərli idi. Ərəb mənbələri onu Qureyşin azad edilmiş qulu Məmər ibn Həbib də adlandırır və əl-Bağdadi hətta onun Şürəhbilin anası deyil, ögey anası olduğunu yazır. Bu və ya digər şəkildə ərəb mənbələri tez-tez bir-biri ilə ziddiyyət təşkil edir və Şürəhbilin valideynlərinin mənşəyi və hətta əsl adları haqqında etibarlı məlumat yoxdur.

Erkən həyatı Şürəhbil İslamı ilk qəbul edənlərdən biri olur. O, Məkkə bütpərəstləri tərəfindən təqib edilir, İbn İshaqın dediyinə görə, o, ögey qardaşları Cünədə və Cabir, ögey atası Süfyan ilə birlikdə Efiopiyaya hicrət etmək məcburiyyətində qalır. Məhəmməd Mədinəyə hicrət etdikdən sonra o, da (Əbu Talibin oğlu, Əlinin qardaşı və Məhəmmədin əmisi oğlu Cəfər ibn Əbu Talib ilə birlikdəḎj̲aʿfar b. Abī Ṭālib / Veccia Vaglieri L. // Encyclopaedia of Islam. 2 ed : : in 12 vol. / edited by B. Lewis; J. Schacht & Ch. Pellat. Assisted by J. Burton-Page, C. Dumont and V.L. Ménage. — Leiden : E.J. Brill, 1991. — Vol. 2) şəhərə gələrək Süfyanın qohumlarının yanında məskunlaşır. Şürəhbil savadlı olması ilə bilinirdi. O, Məhəmmədin katibi olmuş, Quran ayələrini və müxtəlif müqavilələrin mətnlərini yazırmışdır.

Məhəmmədin İslamı qəbul etməyən ərəblərə qarşı təşkil etdiyi döyüşlərdə fəal iştirak etmişdir. Məhəmmədin ölümündən az əvvəl Şürəhbili Misirə səfir göndərir. Məhəmmədin vəfatından sonra o, Mədinəyə qayıdır. Şürəhbil peyğəmbərin ölümündən sonra da Əmr ibn As və Xalid ibn Vəlidin köməkçilərindən biri olaraq, Əhli-Xilafət müsəlmanlarının döyüşlərində, xüsusən mürtədlərlə qarşıdurmalarda iştirak etməyə davam edir. Yəmamə döyüşündə müsəlmanların qələbəsindən sonra xəlifə Əbu Bəkr ərəb qoşunlarını Bizans, Suriya və Fələstinə qarşı hücuma göndərir. Ərəblərin Livanı fəth etməsi Şürəhbil bu yürüşdə ərəblərin dörd sərkərdəsindən biri (Xalid, Əmr və Müaviyənin böyük qardaşı Yezid ibn Əbu Süfyanla) İordaniyaya doğru irəliləyən qoşunlara başçılıq edirdi. Onunla birlikdə, əl-Bəlazuri və ət-Təbərinin məlumatına görə, 7000 döyüşçü var idi. Fələstinin fəthinin sonunda o, Yezidlə birlikdə bölgənin valisi vəzifəsini icra edir, lakin 639-cu ildə onların hər ikisi Əmvasda vəba xəstəliyindən dünyasını dəyişir (onlardan başqa Məhəmmədin bir çox səhabələri bu xəstəlikdən ölürБольшаков О. Г. Средневековый город Ближнего Востока: ВИИ-середина ХИИИ в. : социально-экономические отношения. — М.: Главная редакция восточной литературы издательства «Наука», 1984. — С. 139, комм. 56. — 342 с.). O, 67 (İbn əl-Əsirə görə) və ya 69 (əl-Bəlazuriyə görə) yaşında dünyasını dəyişir. İstinadlar

Ədəbiyyat Акрам А. И.[en]. Рыцарь пустыни. Халид ибн ал-Валид. Крушение империй = The Sword of Allah: Khalid bin Al-Waleed: His Life and Campaigns : N. Y.: OUP :предисл. Т. А. Шумовский. — СПб. : Диля, 2009. — 512 с. — (Мир Ислама). — ISBN 978-5-88503-833-1. Кеннеди Хью. Великие арабские завоевания = The Great Arab Conquests. How the Spread of Islam Changed the World We Live In. — L.: Weidenfeld & Nicolson, 2007. — 421 p. — М.: АСТ, Мидгард, 2009. — 497 с. — (Историческая библиотека). — 4000 экз. — ISBN 978-5-17-039643-6. — ISBN 5-170-61556-6. Donner Fred M. The Early Islamic Conquests. — Princeton: Princeton University Press, 1981. — 512 p. — (Princeton Studies on the Near East, vol. 1017). — ISBN 0-691-63889-6. — ISBN 978-0-691-63889-8. — doi:10.1515/9781400847877. Gil Moshe. A History of Palestine, 634–1099 = ארץ ישראל בתקופה המוסלמית הראשונה / Translated by Ethel Broido. — Second edition. — Cambr.: Cambridge University Press, 1993. — 996 p. — ISBN 978-0-521-59984-9. Kaegi Walter E.[en]. Byzantium and the early Islamic conquests. — Cambr.; N. Y.: Cambridge University Press, 1992. — xiii, 313 p. — ISBN 0-511-47061-4. — ISBN 978-0-511-47061-5. — doi:10.1017/CBO9780511470615. Perlman Yaara. The Tribal Affiliations of Shuraḥbīl ibn Ḥasana // Journal of Near Eastern Studies. — Chicago: University of Chicago Press, 2020. — April (vol. 79, no. 1). — P. 113—124. — ISSN 0022-2968. — doi:10.1086/707614. Shuraḥbīl b. Ḥaṣana / Bosworth C. Edmund // Encyclopaedia of Islam. 2 ed : : in 12 vol. / edited by C. E. Bosworth; E. van Donzel; W.P. Heinrichs & G. Lecomte. — Leiden : E.J. Brill, 1997. — Vol. 9. — P. 508. Şürahbîl b. Hasene / Efendioğlu M. // TDV İslâm Ansiklopedisi : 44 c.. — İstanbul : TDV İslâm Araştırmaları Merkezi, 2010. — Т. 39. — С. 268.

Kateqoriya:Səhabələr Kateqoriya:Əhli-süffə Kateqoriya::VI əsr ərəbləri Kateqoriya:VI əsr ərəbləri Kateqoriya:İslam tarixi