– Yaponiyanın Niiqata prefekturasının Aqano şəhərində yerləşən və Rusiya mədəniyyətinə həsr olunmuş əyləncə parkı. Tərk edilmiş vəziyyətdədir.
Tarixi 1980–90-cı illər Yaponiyada bir çox əyləncə parkının yaradıldığı dövrdür. Niiqata rus kəndi Rusiyaya simpatiyası olan biznesmenlər tərəfindən Niiqata prefekturasının mərkəzi bankının vəsaiti ilə 1993-cü ildə yaradılmışdır. Lakin parkın əsas yollardan uzaqda yerləməsi və ziyarətçilərinin az olması parka olan marağın azalmasına səbəb olmuşdur. 1999-cu ildə mərkəzi bank müflis olmuş, parkın borcları 120 milyon ABŞ dollarına çatmışdır. Parkın Rusiya vətəndaşı və əsasən Uzaq Şərqdən olan 70 işçisi işdən çıxarılmışdır.
Xabarovsk diyarının administrasiyası 2003-cü ilə qədər parka dəstək olsa da, park 2004-cü ilin aprelində bağlanmışdır. Park o vaxtdan tərk edilmiş vəziyyətdədir.
Xüsusiyyətlər Rus kəndinin əsas görməli yeri ortodoks kilsəsi olmuşdur. Burada hələ də yapon və rus dillərində olan Bibliyalar saxlanılır. Park ərazisində kiçik sirk, karusel, heyvanxana, restoranlar, teatrlar və qolf meydançası yerləşir. Hündür tavanı olan otaqların birində iki mamont maketinə rast gəlmək mümkündür: biri skelet, biri yunlu vəziyyətindədir.
Parkın mərkəzində ticarət meydanı yerləşir. Burada yerlə səpələnmiş matryoşkalara, tərk edilmiş içki dükkanına və brilyant üzüklər satan yerə rast gəlmək mümkündür.
Park tərk edilmiş vəziyyətdə olduğu üçün tez-tez vandalizmə məruz qalır. 2009-cu ildə parkın keçmiş hotel binasında güclü yanğın baş vermişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Niiqata prefekturasının parkları və bağları Kateqoriya:1993-cü ildə yarananlar Kateqoriya:2004-cü ildə ləğv olunanlar Kateqoriya:Rusiya–Yaponiya münasibətləri Kateqoriya:Yaponiyadakı əyləncə parkları Kateqoriya:Aqano Kateqoriya:Tərk edilmiş binalar və tikililər