"Apimondiya" (), Dünya Arıçılıq Assosiasiyaları Federasiyası () — məqsədi arıçılıq sənayesi ilə məşğul olan alimləri, sahibkarları və ictimai xadimləri bir araya gətirmək olan dünya miqyaslı təşkilat. Qərargahı İtaliyanın Roma şəhərində yerləşir. Prezidenti Filipp MakKeyb olmuşdur. O, 20 oktyabr 2018-ci ildə vəfat etdikdən sonra təşkilata vitse-prezident Peter Kozmus rəhbərlik edir.Apimondia — Executive Council

Təşkilat öz "Apiacta" jurnalını nəşr edir.

1897-ci ildən DASF çərçivəsində dünyanın müxtəlif şəhərlərində keçirilən arıçılıq konqresləri keçirilir. Yarandığı gündən "Apimondiya" apiterapiyaya xüsusi diqqət yetirir, onun daimi elmi komissiyası var.

İstinadlar

Xarici keçidlər

Мировая Пчеловодческая Премия 2013

Kateqoriya:Arıçılıq Kateqoriya:Beynəlxalq təşkilatlar