– qeydə alınmış ən yaşlı koala. 2021-ci ildə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Yaponiyanın Hyoqo prefekturasındakı İngiltərə parkında saxlanılırdı. 2022-ci ildə ölmüşdür.

Həyatı Midori 1 yanvar 1997-ci ildə Avstraliyada doğulmuşdur. 2003-cü ildə Qərbi Avstraliya hökumətinin hədiyyəsi kimi Yançep Milli Parkından Hyoqo prefekturasına göndərilmişdir. O, həmin il Minamiavaci şəhərindəki İngiltərə parkına gətirilmiş 4 koaladan biri idi. İşçilər Midorinin bu qədər uzun yaşayacağını gözləmirdilər. İngiltərə parkı Yaponiyada Viktoriya koalalarının saxlanıldığı yeganə yerdir.

Kaolalar orta hesabla 15-16 il yaşasalar da, parkda yaradılmış şərait və qayğı nəticəsində Midori uzunömürlü olmağa bacarmışdır. Yaşına baxmayaraq ağaca çıxır, özü yemək yeyir və ziyarətçilərin önünə çıxırdı. Midori gününü yeməklə və yatmaqla keçirirdi. Bəzən işçilər ona yeməkdə və ifrazat prosesində köməklik göstərirdilər. Hər ay tibbi baxışdan keçirilir və dırnaqları tutulurdu.

Midori 23 noyabr 2022-ci ildə ölmüşdür. Ölüm səbəbi qocalıq göstərilmişdir.

Ginnesin Rekordlar Kitabı Midori 2021-ci ildə 24 yaşına çatanda iki kateqoriya üzrə Ginnesin Rekordlar Kitabına düşmüşdür: dünyanın yaşayan ən yaşlı koalası və qeydə alınmış ən yaşlı koala.

İstinadlar

Xarici keçidlər İctimai TV xəbəri

Kateqoriya:Koalalar Kateqoriya:Yaponiyanın məşhur heyvanları Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşən rekordçu heyvanlar