Kovalenko Vyaçeslav Yevgenyeviç () — Rusiya diplomatı.

Həyatı Vyaçeslav Kovalenko 27 mart 1946-cı ildə doğulub. 1972-ci ildə Lomonosov adına Moskva Dövlət Universiteti yanında Şərq Dilləri İnstitutunu bitirib. Həmin ildən diplomatik sahədə xidmət edir.

1973-1978-ci illərdə SSRİ-nin Livandakı, 1983-1988-ci illərdə Tunisdəki səfirliyində, 1992-1997 və 1999-2003-cü illərdə Rusiyanın Belarusdakı səfirliyində işləyib.

2004-2006-cı illərdə Rusiya Xarici İşlər Nazirliyində MDB üzrə ikinci departamentin rəhbəri vəzifəsində çalışıb.

2006-2008-ci illərdə Rusiyanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri olub. Rusiya prezidenti Dmitri Medvedyev 2009-cu ildə onu Ermənistana səfir təyin edib.

Ərəb, fransız, Belarus dillərini bilir.

Evlidir, üç övladı var.

Mənbə Rusiya Ermənistana yeni səfir təyin edib

Kateqoriya:Moskva Dövlət Universitetinin məzunları Kateqoriya:Rusiyanın Gürcüstandakı səfirləri Kateqoriya:Rusiyanın Ermənistandakı səfirləri Kateqoriya:XXI əsrin diplomatları Kateqoriya:SSRİ diplomatları Kateqoriya:XX əsrin diplomatları