Fransa Sudanı (; ) — Qərbi Afrikada keçmiş Fransa müstəmləkəsi, Qərbi Sudan bölgəsinin bir hissəsi. Niger və Seneqal çaylarının yuxarı və orta axını boyunca ərazi olmuş, indi Mali dövlətinin ərazisini əhatə etmişdir.

Tarixi 9 sentyabr 1880-ci ildə Niger və Seneqal çaylarının yuxarı və orta axınında yerləşən Fransa mülkləri əsasında Yuxarı Seneqal müstəmləkəsi yaradılmışdır. 18 avqust 1890-cı ildə bura Fransa Sudanı ərazisi adlandırılmışdır. Onun paytaxtı Kayes olmuşdur.

11 oktyabr 1899-cu ildə Fransa Sudanı bölünmüşdür. 11 cənub əyaləti Fransa Qvineyası, Kot-d'İvuar və Dahomeya müstəmləkələrinə verilmişdir. Növbəti il 2 əyalət geri verilmişdir. Müstəmləkənin paytaxtı Bamako şəhəri idi.

1902-ci ildə Fransa Sudanının hərbi idarəsi altında olmayan əraziləri Seneqambiya və Niger müstəmləkəsinə çevrilmişdir.

1920-ci ildə Fransa Qərbi Afrikasının yenidən təşkilindən sonra Fransa Sudanı yenidən qurulmuşdur. 1933-cü ildə Fransanın Yuxarı Volta müstəmləkəsinin 1932-ci ildə ləğv edilməsindən sonra onun əyalətlərinin bir hissəsi Fransa Sudanına verilmişdir.Kô Samaké, Modibo Keïta, Recherche sur l’Historique de la Décentralisation au Mali : De la Période Coloniale à la 3 République, Penser pour agir.org, 7 février 2006

28 sentyabr 1958-ci ildə keçirilən referendumdan sonra Fransa Sudanı xüsusi hüquqi status almış, Sudan Respublikası adı altında Fransa İcmasının üzvü dövlət olmuşdur. 17 yanvar 1959-cu ildə Sudan Respublikası Seneqalla birləşmə prosesinə başlamış və nəticədə Mali Federasiyası yaranmışdır.

İqtisadiyyat Fransızlar müstəmləkədə suvarma əkinçiliyi inkişaf etdirmiş, sonra kənd təsərrüfatı məhsullarını Fransaya ixrac etmişdir. Fransanın investisiyalarının əsas hissəsi Sudanın infrastrukturunun inkişafına yönəldilmişdi. 1928–1939-cu illər üçün maliyyə xərcləri 4 milyard frank təşkil etmişdir. Bu dəstək sayəsində Fransa Sudanında kənd təsərrüfatı sektoru sürətlə inkişaf etmişdir.Мусса Сиссе Cola, Пьер Jacquemot, Мали, фермеры и государство, L’Harmattan, 1981, ISBN 2-85802-200-3, 9782858022007, 197p "

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:Müstəmləkə Afrikası Kateqoriya:Mali tarixi Kateqoriya:1890-cı ildə yarananlar Kateqoriya:Afrikanın tarixi dövlətləri Kateqoriya:Keçmiş Fransa müstəmləkələri Kateqoriya:1920-ci ildə yaranmış dövlətlər və ərazilər