Vilyam Ruto () — Keniya siyasətçisi, fəalı, 2022-ci ildən Keniya Prezidenti. O, Birləşmiş Demokratik Alyans Partiyasının təsisçisidir.

Həyatı Vilyam Ruto 21 dekabr 1966-cı ildə Keniyanın Kamaqut kəndində anadan olmuşdur. O, yerli ibtidai məktəbi bitirmişdir. Ruto 1980-ci illərin əvvəllərində Nayrobi Universitetində biologiya ixtisası üzrə təhsil almış və aktivizm işləri ilə məşğul olmuşdur.

Vilyam Ruto 1992-ci il seçkilərində Daniel Arap Moinin yenidən seçilməsi üçün kampaniya aparmış, daha sonra Keniya Parlamentinin bəzi üzvlərinin köməkçisi kimi çalışmışdır. O, 1997-ci ildə ilk dəfə Keniya Parlamentinə seçilmişdir. Ruto 2007-ci il prezident seçkilərində Narıncı Hərəkat adından iştirak etməyi planlaşdırırdı. O, partiya praymerizində 368 səslə üçüncü yeri tutmuşdur. Ruto 2012-ci ildən Keniya hökumətində nazir vəzifələrində çalışmışdır.

Vilyam Ruto 2013-cü ilin avqust və oktyabr aylarında, həmçinin 2018-ci ildə vitse-prezident seçilmmişdir.

Vilyam Ruto 2018-ci ildə "İnsan fəaliyyətlərinin sahil ekosistemlərində torpaqdan istifadə və ətraf mühitin keyfiyyətinin dəyişikliyinə təsiri: Qərbi Keniyada Sayva bataqlığının su hövzəsi nümunəsi" adlı dissertasiyasına görə bitki ekologiyası üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Vilyam Ruto 2022-ci il seçkilərində Keniya Prezidenti seçilmişdir.

İstinadlar

Xarici keçidlər Seçkiqabağı sorğu

Kateqoriya:Keniya siyasətçiləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri