Quşçu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Toponimikası Yaşayış yeri fəhlə qəsəbəsi kimi meydana gəlmişdir. Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir.

Tarixi

Tarixi abidələri Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Qəsəbə Qoşqarçayın sahilində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19994272182092009↘412↘199↗213

İqtisadiyyatı

Mədəniyyəti Qəsəbədə Quşçu qəsəbə klubu fəaliyyət göstərir.

Təhsil Qəsəbədə 80 şagird yerlik Daşkəsən rayon Quşçu qəsəbə S. İsgəndərov adına tam orta məktəb fəaliyyət göstərir.

Din Qəsəbədə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Qəsəbədə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax Quşçu tayfası

Kateqoriya:Daşkəsən (qəsəbə, Daşkəsən) qəsəbə inzibati ərazi dairəsindəki yaşayış məntəqələri Kateqoriya:Daşkəsən rayonunun qəsəbələri