Qatardakı qız kitabı — Sirlərlə dolu bir detektivdir.
Haqqında Baş qəhrəman Reyçelin ağır taleyi var. Həyatı uçuruma yuvarlanıb. O ərindən ayrılmış, işini itirmiş və içkiyə aludə olmuşdur. Səhərlər özünü içkiylə sakitləşdirir. Onun tək bir əyləncəsi var o da, qatarla Londona gedib veyillənmək. Qonşuları düşünür ki, onun işləri qaydasındadır. Qatarla gedərkən o, keçmiş ərinin evini müşahidə edir. Bu zaman qonşu ev diqqətini çəkir. Reyçel düşünür ki, orada ideal ailə yaşayır. O, hətta öz qəhrəmanlarına Ceyson və Cess adlarını uydurub. Onların həyatı qəhrəmanımızın istədiyi bir xəyaldır. Amma günlərin bir günündə hər şey dəyişildi. Reyçel qatardan gördü ki, Cess tanımadığı kişi ilə evin bağçasında öpüşür və ertəsi gün qız yoxa çıxır, bu barədə bütün mətbuat yazır. Reyçel də ərazidə baş vermiş hadisənin şahidi olur.
İstinadlar
Kateqoriya:London haqqında romanlar Kateqoriya:Filmlərə adaptasiya olunmuş Böyük Britaniya romanları Kateqoriya:Debüt romanları Kateqoriya:Teatra adaptasiya olunmuş Böyük Britaniya romanları Kateqoriya:İngilis dilində romanlar Kateqoriya:2015-ci ilin romanları Kateqoriya:Britaniya ədəbiyyatı Kateqoriya:Detektiv romanlar Kateqoriya:XXI əsr ədəbiyyatı